Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə dəhşətli qəza: ana ilə körpəsi həlak oldular

© Sputnik / Rahim MuradovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Ailənin iki üzvü xəstəxanaya çatdırılıb, digərlərini xilas etmək mümkün olmayıb.
BAKI, 11 fevral - Sputnik. Şəkidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi olub.
Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Kövər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
Bakının Nəsimi rayon sakini, 1987-ci il təvəllüdlü Emin Elbrus oğlu Rəsulzadənin idarə etdiyi "KİA Sportage" markalı avtomobil yoldan çıxaraq aşıb. Onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü Səbinə Dilqəm qızı Rəsulzadə və övladı, 3 yaşlı Eldar hadisə yerində həlak olublar.
Sürücü və doqquz yaşlı qızı Nəzrin Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0