https://sputnik.az/20220211/qriqoryan-mdb-haqqinda-sazis-cercivesinde-terefler-serhedleri-taniyib-439050209.html
Qriqoryan: MDB haqqında saziş çərçivəsində tərəflər sərhədləri tanıyıb
Qriqoryan: MDB haqqında saziş çərçivəsində tərəflər sərhədləri tanıyıb
Sputnik Azərbaycan
KTMT baş katibi erməni tərəfi ilə sərhəddəki vəziyyəti müzakirə edib
2022-02-11T10:51+0400
2022-02-11T10:51+0400
2022-02-11T10:58+0400
ktmt
azərbaycan-ermənistan sərhədində vəziyyət
ermənistan
azərbaycan
sərhəd
tanınma
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439050611_0:0:2904:1634_1920x0_80_0_0_4a7c96c3dc3106258001e51d8ad207a9.jpg
BAKI, 11 fevral — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla telefon danışığı olub. Bu barədə Sputnik Ermənistan xəbər yayıb. Xəbərdə bildirilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.Qriqoryan vurğulayıb ki, iki respublika arasında sərhəd hələ sovet dövründən mövcuddur. Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında saziş çərçivəsində tərəflər bu sərhədi tanıyıb, sazişi öz parlamentlərində ratifikasiya edib və qanunvericiliklərinin tərkib hissəsinə çeviriblər.Telefon danışığı zamanı Qriqoryan və Zas Ermənistanın KTMT-də hazırkı sədrliyi ilə bağlı bir sıra məsələlərə də toxunublar.Qeyd edək ki, bu günlərdə Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər irəli sürüb. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də macar həmkarı Peter Siyarto ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib:"Lakin torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var".Nazir bildirib ki, Azərbaycanın Ermənistana cavabında bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyi ifadə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439050611_113:0:2842:2047_1920x0_80_0_0_f1f4a5855d2bd6058ff8e7195e46f5e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qriqoryan: mdb-ninyaradılması haqqında saziş çərçivəsində tərəflər sərhədləri tanıyıb
qriqoryan: mdb-ninyaradılması haqqında saziş çərçivəsində tərəflər sərhədləri tanıyıb
Qriqoryan: MDB haqqında saziş çərçivəsində tərəflər sərhədləri tanıyıb
10:51 11.02.2022 (Yenilənib: 10:58 11.02.2022) Qeyd edək ki, bu günlərdə Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər irəli sürüb
BAKI, 11 fevral — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi
Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi
Stanislav Zasla telefon danışığı olub. Bu barədə
Sputnik Ermənistan xəbər yayıb. Xəbərdə bildirilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Qriqoryan vurğulayıb ki, iki respublika arasında sərhəd hələ sovet dövründən mövcuddur. Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında saziş çərçivəsində tərəflər bu sərhədi tanıyıb, sazişi öz parlamentlərində ratifikasiya edib və qanunvericiliklərinin tərkib hissəsinə çeviriblər.
Telefon danışığı zamanı Qriqoryan və Zas Ermənistanın KTMT-də hazırkı sədrliyi ilə bağlı bir sıra məsələlərə də toxunublar.
Qeyd edək ki, bu günlərdə Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər irəli sürüb. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də macar həmkarı Peter Siyarto ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib:
"Lakin torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var".
Nazir bildirib ki, Azərbaycanın Ermənistana cavabında bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyi ifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.