https://sputnik.az/20220211/muellimler-de-yazi-yukunden-narazidirlar---nazirlikden-resmi-cavab-438988554.html
Müəllimlər də yazı yükündən narazıdırlar - Nazirlikdən rəsmi cavab
Müəllimlər də yazı yükündən narazıdırlar - Nazirlikdən rəsmi cavab
Sputnik Azərbaycan
Müəllimlərdən yazı ilə bağlı tələb olunanlar arasında dərsin keyfiyyətinin yüksəlməsinə hesablanan tələblər də var, əlavə vaxt itkisinə səbəb olanlar da. 11.02.2022, Sputnik Azərbaycan
2022-02-11T09:30+0400
2022-02-11T09:30+0400
2022-02-11T09:30+0400
müəllim
təhsil
elm və təhsil nazirliyi
dərs
dərs yükü
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985194_595:420:2835:1680_1920x0_80_0_0_0f1ccc49d7ea8a7a929520f42c2f5738.jpg
BAKI, 11 fevral — Sputnik. Müəllimlərdən yazı ilə bağlı tələb olunanlar arasında dərsin keyfiyyətinin yüksəlməsinə hesablanan tələblər də var, əlavə vaxt itkisinə səbəb olanlar da..."Facebook" sosial şəbəkəsindəki təhsil forumlarında müəllimlərin ən çox narazılıq etdiyi məsələ əlavə yazı yükü ilə bağlıdır. Müəllimlər vaxtlarının çox hissəsini sinif jurnalı, formativ, gündəlik, perspektiv planlaşdırma, elektron jurnal, şəxsi iş, elektron hesabata sərf etdiklərindən şikayətlənirlər. Onların iddiasına görə, bu qədər əlavə işlərə sərf etdikləri zaman onlara dərsə hazırlaşmağa vaxt qoymur. Bununla bağlı etiraz edənlərdən biri müəllim Sevinc Heydərovadır. O bildirir ki, həm jurnalların saxlanılması, həm də elektron jurnalların yazılması onları yorur. Onun fikrincə, bunların ikisindən birini saxlamaq lazımdır. Vüsalə Qəhrəmanova adlı müəllim evə getdikdən sonra istirahət etməyə vaxtı qalmadığını, ancaq elektron jurnal yazdığından, KSQ (kiçik summativ qiymətləndirmə), BSQ (böyük summativ qiymətləndirmə) hazırladığından şikayətlənir.Sputnik Azərbaycan müəllimlərin iddialarında nə qədər haqlı olduqlarını, pedaqoqların yazı yükünün hansı səbəbdən artdığını araşdırıb.Müəllimlərdən dərsdən əlavə nə tələb olunur?İbtidai sinif müəllimi İradə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlərdən yazı ilə bağlı tələb olunanlar arasında dərsin keyfiyyətinin yüksəlməsinə hesablanan tələblər də var, əlavə vaxt itkisinə səbəb olanlar da...Həmsöhbətimiz deyir ki, elektron jurnal yazmağa müəllim yarım saata qədər vaxt sərf edir. Onun sözlərinə görə, bunu müəllimlər adətən işdən sonra edirlər ki, onların istirahəti pozulur:"Formativ plan amma dərsdən əvvəl tutulur. Summativ də dərsdən öncə hazırlanmalıdır. Perspektiv planlaşdırma hər dərs alt standartından çıxardılaraq plana əsasən qurulur ki, müəllim qruplarla necə işləməlidir. Tutaq ki, "klaster" üsulundan istifadə edirsən. Şəxsi iş ilin sonunda hazırlanır. Hansı şagirdin hansı səviyyədə olduğunu göstərir. Elektron hesabat bu ildən müəllimlərdən tələb edilir".Günah direktorlardadır?İ.Məmmədova bildirir ki, bəzən yazı yükünün artmasına müəllimlərin özü, bəzən də direktorlar səbəb olur. Çünki Təhsil Nazirliyinin hazırkı tələbi ilə müəllimin yazı yükü azalıb: "Müəllim bəzən dərslə bağlı məqsədi çox yazır. Sonra el dili ilə desək, o məqsədin altından çıxa bilmir. Nazirlikdən də deyirlər ki, müəllim dərslə bağlı hazırladığı məqsədi az etməlidir ki, işdə bunu tətbiq edə bilsin".Həmsöhbətimiz deyir ki, Təhsil Nazirliyinin yeni qərarına görə, müəllimin üzərinə az iş düşür. Direktorlar köhnə qayda ilə işləyir: "Əvvəlki illərdə müəllimdən dərsin məqsədinə uyğun tələb çox idi. İndi müəllimdən dərsi qurmaq, dərsin planını hazırlamaq, dərsdən gözlənilən nəticəni qurmaq və iş resurslarını hazırlamaq tələb edilir. Bunların hamısı dərsin keyfiyyətini artırır. Bəzən direktorlar müəllimlərdən bunlardan daha artığını tələb edirlər. Müəllim nazirliyin yeni tələbləri ilə tanış olarsa, öz hüququnu qoruya, direktora ondan artıq yazı tələbinə etiraz edər".Müəllimlər BSQ və KSQ ilə yüklənibTəhsil üzrə ekspert Nadir İsrafilov hesab edir ki, bütün bunların hamısı kurikulumdan yaranan məsələlərdir. Ekspert deyir ki, sovet dövründə müəllimlər bu qədər yüklənmirdi. Müəllim yalnız gündəlik yazır, dərslə bağlı tezis hazırlayırdı: "Müəllimlərin dərs yükü kurikulumla bağlı artıb. Bu da qiymətləndirmə ilə bağlıdır. Uzun illər biz beş ballıq qiymətləndirmə tətbiq etmişik. Kurikulumdan sonra summativ, formativ, böyük summativ, kiçik summativ müəllimlərin dərs yükünü birə beş artırıb. Məktəbdə bu qədər summativ yazıb bunu qiymətləndirmək, orta ədədi qiymət çıxartmaq çox vaxt aparır". İsrafilovun sözlərinə görə, əslində müəllimin əsas vəzifəsi dərsə hazırlaşmaqdır. Bundan başqa köhnə dərsin soruşulması, yeni dərsin öyrədilməsidir. "Çox təəssüf ki, bu gün dərslik də çox yüklüdür. Müəllimlər müxtəlif təlimlərə cəlb olunurlar. Yeni dərs izah olunduqda müasir həyatla əlaqələndirmə olduğundan müəllim daim o yeniliklərdən xəbər tutmalıdır ki, uşaqların qarşısında cavab verə bilsin. Bütün bunlar əlbəttə ki, müəllimin vaxtını aparır", - ekspert əlavə edib. Qiymətləndirmə mexanizmi təkminləşdirilməlidir!N.İsrafilov bildirir ki, summativ və formativlər müəllimlərə öz üzərində işləməyə vaxt qoymur: "Ona görə məsələ qaldırıldı ki, ən azı ibtidai siniflərdən bunlar çıxarılsın. Mənim fikrimcə, qiymətləndirmə mexanizmləri təkmilləşməlidir. Bir məktəbdə ən azı 2 min şagirdin biliyini yoxlamaq, summativ, formativlər kağızlarla işi artırır. Müəllimlər hətta bunları kserekopiya etməyə də vaxt sərf edir".Ekspert deyir ki, beynəlxalq təsil sisteminə inteqrasiya etmək o demək deyil ki, dünya təhsilində nə varsa, biz onu tətbiq edək. Onun sözlərinə görə, bu məsələdə kurikuluma hazırlıqsız keçid də öz fəsadları göstərir: "Milli təhsil konsepisiyamız kurikulumdur. Ona görə kurikulumlarn mütləq təkminləşdirilməsinə ehtiyac var. Bizim ənənəvi təhsil proqramlarımız bilik yönümlü idi. Amma kurikulum şəxsiyyət və səriştəyə əsaslanıb. Amma biz yenə biliyi qiymətləndiririk. Ona görə də kurikulumlar təkminləşdirilsə onun qiymətləndirmə mexanizmləri də təkmilləşəcək. Qiymətlənmənin yeniləşməsi müəllimlərin də yükünü azaldacaq. Müəllim bütün işini atıb formativ summativlə məşğul olsa, dərsə necə hazırlaşacaq?" Ona görə də ekspert hesab edir ki, bunlar sadələşdirilməlidir:"Bütün dünyada mexanizmlər sadələşməyə doğru gedir. Təhsildə bu prosesslər günü-gündən mürəkkəbləşdirilir. Biz yenə keyfiyyəti biliklə ölçürük. Təhsilin keyfiyyətini amma yüksək balla ölçürük. Məktəb şəxsiyyətyönümlü vətəndaş yetişdirməlidir. Təhsilin fəlsəfəsi müəyyənləşdirilməlidir. Belə narazılıq yaratmaq olmaz. Bunun əsası dərs yükünün həddindən artıq ağır olmasıdır. Bizim kurikulumlarda dəyişikliklər aparılaraq qiymətləndirmə təkminləşdirilməlidir".Nazirlik müəllimlərə cavab verdiTəhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi son ildə müəllimlərin yazı yükünü azaldıb. Onun sözlərinə görə, hazırda müəllimlərin bununla bağlı narazılıqları əsassızdır: "Bizim əsas tələbimiz dərsin keyfiyyətinin yüksəlməsi və öyrənmənin baş verməsidir".Kurikulumu əvvəl qəbul edib sonra müəllimlərə öyrətdilərProfessor Şahlar Əsgərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimdən əsas tələb olunmalı iş kitabda olan biliyi şagirdə mənimsətməkdir: "Kitab var, proqram var. Sadəcə kitabda olan biliyi şagirdin beyninə köçürmək lazımdır. Əvvəllər şagirdlərin biliyini 20 günə qiymətləndirib ali məktəbə seçirdilər. İndi bir ilə seçib ali məktəbə yerləşdirə bilmirlər".Ş.Əsgərov deyir ki, kurikulumun təhsildə tətbiqində də nöqsanlar olub: "Kurikulumu əvvəlcə müəllimlərə öyrətməli idilər. Amma bizdə əvvəlcə bu sənədi qəbul etdilər, sonra kurikulumu müəllimlərə öyrətməyə başladılar. Nəticədə də bu vəziyyət üzə çıxdı. Məqsəd də bilərəkdən təhsili məhv etməkdir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985194_537:556:2527:2048_1920x0_80_0_0_0fd90482bcbc10768b32c531fc9ce4e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müəllimlər yazı yükündən narazıdırlar nazirliyin cavabı
müəllimlər yazı yükündən narazıdırlar nazirliyin cavabı
Müəllimlər də yazı yükündən narazıdırlar - Nazirlikdən rəsmi cavab
Müəllimlərdən yazı ilə bağlı tələb olunanlar arasında dərsin keyfiyyətinin yüksəlməsinə hesablanan tələblər də var, əlavə vaxt itkisinə səbəb olanlar da.
BAKI, 11 fevral — Sputnik. Müəllimlərdən yazı ilə bağlı tələb olunanlar arasında dərsin keyfiyyətinin yüksəlməsinə hesablanan tələblər də var, əlavə vaxt itkisinə səbəb olanlar da...
"Facebook" sosial şəbəkəsindəki təhsil forumlarında müəllimlərin ən çox narazılıq etdiyi məsələ əlavə yazı yükü ilə bağlıdır. Müəllimlər vaxtlarının çox hissəsini sinif jurnalı, formativ, gündəlik, perspektiv planlaşdırma, elektron jurnal, şəxsi iş, elektron hesabata sərf etdiklərindən şikayətlənirlər. Onların iddiasına görə, bu qədər əlavə işlərə sərf etdikləri zaman onlara dərsə hazırlaşmağa vaxt qoymur.
Bununla bağlı etiraz edənlərdən biri müəllim Sevinc Heydərovadır. O bildirir ki, həm jurnalların saxlanılması, həm də elektron jurnalların yazılması onları yorur. Onun fikrincə, bunların ikisindən birini saxlamaq lazımdır. Vüsalə Qəhrəmanova adlı müəllim evə getdikdən sonra istirahət etməyə vaxtı qalmadığını, ancaq elektron jurnal yazdığından, KSQ (kiçik summativ qiymətləndirmə), BSQ (böyük summativ qiymətləndirmə) hazırladığından şikayətlənir.
Sputnik Azərbaycan müəllimlərin iddialarında nə qədər haqlı olduqlarını, pedaqoqların yazı yükünün hansı səbəbdən artdığını araşdırıb.
Müəllimlərdən dərsdən əlavə nə tələb olunur?
İbtidai sinif müəllimi İradə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlərdən yazı ilə bağlı tələb olunanlar arasında dərsin keyfiyyətinin yüksəlməsinə hesablanan tələblər də var, əlavə vaxt itkisinə səbəb olanlar da...
Həmsöhbətimiz deyir ki, elektron jurnal yazmağa müəllim yarım saata qədər vaxt sərf edir. Onun sözlərinə görə, bunu müəllimlər adətən işdən sonra edirlər ki, onların istirahəti pozulur:
"Formativ plan amma dərsdən əvvəl tutulur. Summativ də dərsdən öncə hazırlanmalıdır. Perspektiv planlaşdırma hər dərs alt standartından çıxardılaraq plana əsasən qurulur ki, müəllim qruplarla necə işləməlidir. Tutaq ki, "klaster" üsulundan istifadə edirsən. Şəxsi iş ilin sonunda hazırlanır. Hansı şagirdin hansı səviyyədə olduğunu göstərir. Elektron hesabat bu ildən müəllimlərdən tələb edilir".
İ.Məmmədova bildirir ki, bəzən yazı yükünün artmasına müəllimlərin özü, bəzən də direktorlar səbəb olur. Çünki Təhsil Nazirliyinin hazırkı tələbi ilə müəllimin yazı yükü azalıb: "Müəllim bəzən dərslə bağlı məqsədi çox yazır. Sonra el dili ilə desək, o məqsədin altından çıxa bilmir. Nazirlikdən də deyirlər ki, müəllim dərslə bağlı hazırladığı məqsədi az etməlidir ki, işdə bunu tətbiq edə bilsin".
Həmsöhbətimiz deyir ki, Təhsil Nazirliyinin yeni qərarına görə, müəllimin üzərinə az iş düşür. Direktorlar köhnə qayda ilə işləyir:
"Əvvəlki illərdə müəllimdən dərsin məqsədinə uyğun tələb çox idi. İndi müəllimdən dərsi qurmaq, dərsin planını hazırlamaq, dərsdən gözlənilən nəticəni qurmaq və iş resurslarını hazırlamaq tələb edilir. Bunların hamısı dərsin keyfiyyətini artırır. Bəzən direktorlar müəllimlərdən bunlardan daha artığını tələb edirlər. Müəllim nazirliyin yeni tələbləri ilə tanış olarsa, öz hüququnu qoruya, direktora ondan artıq yazı tələbinə etiraz edər".
Müəllimlər BSQ və KSQ ilə yüklənib
Təhsil üzrə ekspert Nadir İsrafilov hesab edir ki, bütün bunların hamısı kurikulumdan yaranan məsələlərdir. Ekspert deyir ki, sovet dövründə müəllimlər bu qədər yüklənmirdi. Müəllim yalnız gündəlik yazır, dərslə bağlı tezis hazırlayırdı:
"Müəllimlərin dərs yükü kurikulumla bağlı artıb. Bu da qiymətləndirmə ilə bağlıdır. Uzun illər biz beş ballıq qiymətləndirmə tətbiq etmişik. Kurikulumdan sonra summativ, formativ, böyük summativ, kiçik summativ müəllimlərin dərs yükünü birə beş artırıb. Məktəbdə bu qədər summativ yazıb bunu qiymətləndirmək, orta ədədi qiymət çıxartmaq çox vaxt aparır".
İsrafilovun sözlərinə görə, əslində müəllimin əsas vəzifəsi dərsə hazırlaşmaqdır. Bundan başqa köhnə dərsin soruşulması, yeni dərsin öyrədilməsidir.
"Çox təəssüf ki, bu gün dərslik də çox yüklüdür. Müəllimlər müxtəlif təlimlərə cəlb olunurlar. Yeni dərs izah olunduqda müasir həyatla əlaqələndirmə olduğundan müəllim daim o yeniliklərdən xəbər tutmalıdır ki, uşaqların qarşısında cavab verə bilsin. Bütün bunlar əlbəttə ki, müəllimin vaxtını aparır", - ekspert əlavə edib.
Qiymətləndirmə mexanizmi təkminləşdirilməlidir!
N.İsrafilov bildirir ki, summativ və formativlər müəllimlərə öz üzərində işləməyə vaxt qoymur: "Ona görə məsələ qaldırıldı ki, ən azı ibtidai siniflərdən bunlar çıxarılsın. Mənim fikrimcə, qiymətləndirmə mexanizmləri təkmilləşməlidir. Bir məktəbdə ən azı 2 min şagirdin biliyini yoxlamaq, summativ, formativlər kağızlarla işi artırır. Müəllimlər hətta bunları kserekopiya etməyə də vaxt sərf edir".
Ekspert deyir ki, beynəlxalq təsil sisteminə inteqrasiya etmək o demək deyil ki, dünya təhsilində nə varsa, biz onu tətbiq edək. Onun sözlərinə görə, bu məsələdə kurikuluma hazırlıqsız keçid də öz fəsadları göstərir:
"Milli təhsil konsepisiyamız kurikulumdur. Ona görə kurikulumlarn mütləq təkminləşdirilməsinə ehtiyac var. Bizim ənənəvi təhsil proqramlarımız bilik yönümlü idi. Amma kurikulum şəxsiyyət və səriştəyə əsaslanıb. Amma biz yenə biliyi qiymətləndiririk. Ona görə də kurikulumlar təkminləşdirilsə onun qiymətləndirmə mexanizmləri də təkmilləşəcək. Qiymətlənmənin yeniləşməsi müəllimlərin də yükünü azaldacaq. Müəllim bütün işini atıb formativ summativlə məşğul olsa, dərsə necə hazırlaşacaq?"
Ona görə də ekspert hesab edir ki, bunlar sadələşdirilməlidir:
"Bütün dünyada mexanizmlər sadələşməyə doğru gedir. Təhsildə bu prosesslər günü-gündən mürəkkəbləşdirilir. Biz yenə keyfiyyəti biliklə ölçürük. Təhsilin keyfiyyətini amma yüksək balla ölçürük. Məktəb şəxsiyyətyönümlü vətəndaş yetişdirməlidir. Təhsilin fəlsəfəsi müəyyənləşdirilməlidir. Belə narazılıq yaratmaq olmaz. Bunun əsası dərs yükünün həddindən artıq ağır olmasıdır. Bizim kurikulumlarda dəyişikliklər aparılaraq qiymətləndirmə təkminləşdirilməlidir".
Nazirlik müəllimlərə cavab verdi
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi son ildə müəllimlərin yazı yükünü azaldıb. Onun sözlərinə görə, hazırda müəllimlərin bununla bağlı narazılıqları əsassızdır: "Bizim əsas tələbimiz dərsin keyfiyyətinin yüksəlməsi və öyrənmənin baş verməsidir".
Kurikulumu əvvəl qəbul edib sonra müəllimlərə öyrətdilər
Professor Şahlar Əsgərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimdən əsas tələb olunmalı iş kitabda olan biliyi şagirdə mənimsətməkdir: "Kitab var, proqram var. Sadəcə kitabda olan biliyi şagirdin beyninə köçürmək lazımdır. Əvvəllər şagirdlərin biliyini 20 günə qiymətləndirib ali məktəbə seçirdilər. İndi bir ilə seçib ali məktəbə yerləşdirə bilmirlər".
Ş.Əsgərov deyir ki, kurikulumun təhsildə tətbiqində də nöqsanlar olub: "Kurikulumu əvvəlcə müəllimlərə öyrətməli idilər. Amma bizdə əvvəlcə bu sənədi qəbul etdilər, sonra kurikulumu müəllimlərə öyrətməyə başladılar. Nəticədə də bu vəziyyət üzə çıxdı. Məqsəd də bilərəkdən təhsili məhv etməkdir".