https://sputnik.az/20220211/maqnit-qasirgasi-lon-maska-baha-basa-geldi-438979320.html
Maqnit qasırğası İlon Maska baha başa gəldi
Maqnit qasırğası İlon Maska baha başa gəldi
Sputnik Azərbaycan
Bu ayın ilk günlərində baş verən maqnit qasırğası "SpaceX" şirkətinin 40-a yaxın "Starlink" peykinin orbitə çıxmasına mane olub. 11.02.2022, Sputnik Azərbaycan
2022-02-11T07:13+0400
2022-02-11T07:13+0400
2022-02-11T10:53+0400
ilon mask
elm
"spacex"
"tesla semi"
tesla” şirkəti
tesla
falcon heavy
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425934936_0:0:3077:1731_1920x0_80_0_0_5febb90cf420b149e44003a496c41c19.jpg
BAKI, 11 fevral — Sputnik. Fevralın əvvəlində baş verən maqnit qasırğası İlon Maskın şirkətinin 40-a yaxın "Starlink" peykinin orbitə çıxmasına mane olub. Bu barədə "SpaceX" şirkətinin rəsmi internet saytında məlumat yer alıb.Xatırladaq ki, fevralın 3-də Yerdə zəif G1 maqnit qasırğası başlayıb. Buna yanvarın 30-da Günəşdə baş verən orta gücə malik partlayışlar səbəb olub. Partlayış dörd saatdan çox davam edib və Yerə doğru yönəlmiş koronal kütlənin atılması ilə müşayiət olunub."40-a qədər peyk orbitdən düşəcək və ya artıq düşüb", - deyə məlumatda bildirilir. Şirkət izah edib ki, maqnit qasırğaları atmosferi qızdıraraq onun sıxlığını artırır. "SpaceX"-in məlumatına görə, əvvəlki peyk buraxılışları ilə müqayisədə hazırda atmosferin müqaviməti 50% artıb.Peyklər maksimum effektli rejimə keçirilib, ancaq atmosferin müqaviməti səbəbindən orbital manevrlərə başlamaq üçün onları iş vəziyyətinə qaytarmaq mümkün olmayıb. Peyklərin düşməsinin orbitdəki digər cihazları təhdid etmədiyi, düşən peyklərin atmosferin sıx təbəqələrində tamamilə yanacağı, dağıntıların Yerə çatmayacağı bildirilir.Qeyd edək ki, "Falcon" raketi fevralın 3-də Florida ştatının Kanaveral burnundan havaya qalxıb. O, "Starlink" bürcünün 49 aparatını orbitə çıxarmalı idi. Missiyanın uğurla başa çatması halında, orbitdə bu seriyadan olan aparatların sayı 2000-i keçməli idi. Ümumilikdə "SpaceX" gələcəkdə orbitdəki "Starlink" peyklərinin sayını 12 minə çatdırmağı planlaşdırır."Starlink" - dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş növbəti nəsil peyk şəbəkəsidir. Layihə "SpaceX" tərəfindən 2018-ci ilin fevralından həyata keçirilməyə başlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425934936_346:0:3077:2048_1920x0_80_0_0_803f5fb5a446163dcdf000d14eb00380.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kosmosda ilon maskın başına gəlməyən qalmadı
kosmosda ilon maskın başına gəlməyən qalmadı
Maqnit qasırğası İlon Maska baha başa gəldi
07:13 11.02.2022 (Yenilənib: 10:53 11.02.2022) Bu ayın ilk günlərində baş verən maqnit qasırğası "SpaceX" şirkətinin 40-a yaxın "Starlink" peykinin orbitə çıxmasına mane olub.
BAKI, 11 fevral — Sputnik. Fevralın əvvəlində baş verən maqnit qasırğası İlon Maskın şirkətinin 40-a yaxın "Starlink" peykinin orbitə çıxmasına mane olub. Bu barədə "SpaceX" şirkətinin rəsmi internet saytında məlumat yer alıb.
Xatırladaq ki, fevralın 3-də Yerdə zəif G1 maqnit qasırğası başlayıb. Buna yanvarın 30-da Günəşdə baş verən orta gücə malik partlayışlar səbəb olub. Partlayış dörd saatdan çox davam edib və Yerə doğru yönəlmiş koronal kütlənin atılması ilə müşayiət olunub.
"40-a qədər peyk orbitdən düşəcək və ya artıq düşüb", - deyə məlumatda bildirilir. Şirkət izah edib ki, maqnit qasırğaları atmosferi qızdıraraq onun sıxlığını artırır. "SpaceX"-in məlumatına görə, əvvəlki peyk buraxılışları ilə müqayisədə hazırda atmosferin müqaviməti 50% artıb.
Peyklər maksimum effektli rejimə keçirilib, ancaq atmosferin müqaviməti səbəbindən orbital manevrlərə başlamaq üçün onları iş vəziyyətinə qaytarmaq mümkün olmayıb. Peyklərin düşməsinin orbitdəki digər cihazları təhdid etmədiyi, düşən peyklərin atmosferin sıx təbəqələrində tamamilə yanacağı, dağıntıların Yerə çatmayacağı bildirilir.
Qeyd edək ki, "Falcon" raketi fevralın 3-də Florida ştatının Kanaveral burnundan havaya qalxıb. O, "Starlink" bürcünün 49 aparatını orbitə çıxarmalı idi. Missiyanın uğurla başa çatması halında, orbitdə bu seriyadan olan aparatların sayı 2000-i keçməli idi. Ümumilikdə "SpaceX" gələcəkdə orbitdəki "Starlink" peyklərinin sayını 12 minə çatdırmağı planlaşdırır.
"Starlink" - dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş növbəti nəsil peyk şəbəkəsidir. Layihə "SpaceX" tərəfindən 2018-ci ilin fevralından həyata keçirilməyə başlanılıb.