Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Kurtlar Vadisi"nin rejissoru Şuşada film çəkəcək

© Sputnik / Gulzar MustafaevaŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Filmin rejissoru Səlahəddin Sancaklı bildirib ki, film və serial Şuşada lentə alınacaq. Məqsəd haqlı savaşımızı və şanlı qələbəmizi dünyaya çatdırmaqdır.
BAKI, 11 fevral — Sputnik. Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyə qardaşlığına həsr olunan filmlə bağlı mətbuat konfransı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, mətbuat konfransında rejissor Selahattin Sancaklı, aktyor Ertuğrul Şakar, prodüser Yalçın Çoban və "Eslem Film"in rəhbəri Metin Yücel iştirakı ediblər.
Filmin rejissoru Səlahəddin Sancaklı bildirib ki, film və serial Şuşada lentə alınacaq. Məqsəd haqlı savaşımızı və şanlı qələbəmizi dünyaya çatdırmaqdır: "Azərbaycana səfərimizdə məqsəd 30 illik haqlı davamızı, zəfərimizi lentə almaqdır. Şuşada olmamışam amma, filmin Şuşada çəkilməsi nəzərdə tutulur. Filmdə Azərbaycandan və Türkiyədən olan aktyor və aktrisalar iştirak edəcəklər".
Aktyor Ertuğrul Şakarın sözlərinə görə, çəkiləcək film həm Azərbaycan, həm də Türkiyə üçün gözəl layihə olacaq: "Bu, həmdə mənim Azərbaycana ilk gəlişimdir, buranı çox bəyəndim. Qismət olsa, gedib Şuşanı da görməyi çox istəyirəm".
Qeyd edək ki, filmin çəkilişlərinə iyul ayında başlanılması nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, çəkiləcək filmin rejissoru Səlahəddin Sancaklı "Komutan", "Direniş Karatay", "Kurtlar vadisi Vatan", Kurtlar Vadisi Filistin", "Kurtlar Vadisi İrak" kimi filmlərin müəllifidir.
Xəbər lenti
0