CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güzəştli ipoteka üçün ilkin ödəniş necə ləğv edilə bilər?

© pixabay / SchluesseldienstMənzil açarları
Mənzil açarları - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Millət vəkili qeyd edir ki, sosial ipoteka götürmək üçün ilkin ödəniş bəzilərinə ən böyük maneə olur.
BAKI, 11 fevral — Sputnik. Güzəştli ipoteka verilən zaman bəzi kateqoriyadan olan vətəndaşlar üçün 10 faizlik ilkin ödənişin subsidiya edilməsi təklif edilir.
Sputnik Azərbaycan-ın Trend-ə istinadən xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edib.
V.Bayramov hesab edir ki, 10 faizlik ilkin ödəniş ləğv edilə və ya subsidiya edilə bilər: “Güzəştli ipoteka kreditləri maksimum 100 min manat məbləğdə 30 il müddətinə və 4 faiz dərəcəsi ilə təklif edilir. Bu kreditlər üçün minimal ilkin ödəniş 10 faizdir. Nəzərə alsaq ki, güzəştli ipoteka götürən vətəndaşlarımız xüsusi dəstəyə ehtiyacı olan kateqoriyadır, biz təklif edirik ki, bəzi vətəndaşlarımız üçün güzəştli ipoteka kreditləri subsidiya olunsun".
O qeyd edir ki, jurnalistlərin, orta məktəbdə çalışan müəllimlərin əməkhaqları yüksək deyil, sosial ipoteka götürmək üçün ilkin ödəniş onlara ən böyük maneə olur: "Ona görə də həmin vətəndaşlar üçün güzəştli ipoteka krediti götürən zaman 10 faiz ilkin ödəniş İpoteka və Kredit Zəmanət Fondu tərəfindən subsidiya edilə bilər.
O halda vətəndaş ilkin ödəniş etmədən kredit götürüb mənzili almaq imkanına malik ola bilər. Belə bir güzəştin tətbiq olunması vətəndaşlarımızın güzəştli ipoteka kreditindən daha çox faydalanmasına gətirib çıxara bilər, kreditlərə əlçatanlığı artıra bilər”.
V.Bayramov əlavə edib ki, bununla bağlı təkliflər artıq hökumətə təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0