Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Fevral isti başlayıb

© Sputnik / Murad OrujovQusarda dağlara mənzərə, arxiv şəkli
Qusarda dağlara mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Azərbaycanda fevral ayının ilk ongünlüyü üzrə aqrometeoroloji bülleten dərc olunub.
BAKI, 11 fevral — Sputnik. Respublikanın əksər bölgələrində fevral ayının birinci ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından 2-6°C yüksək, yağıntısız və qeyri-sabit hava şəraiti müşahidə olunub.
Sputnik Azərbayan xəbər verir ki, bu barədə fevral ayının 1-ci dekadası üzrə aqrometeoroloji bülletendə qeyd olunub.
Bildirilib ki, havanın dekadalıq orta temperaturu Maştağada 6.0ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 6-8⁰C, Lənkəran-Astara bölgəsində 7-10ºC, Quba- Xaçmazda 2-4ºC, Şəki-Zaqatalada 5-8⁰C, Dağlıq Şirvan bölgəsində 3-4ºC, Gəncə-Daşkəsəndə 0-8ºC, Qazax-Tovuzda 2-6⁰C, Qarabağ bölgəsində 8-9ºC və Naxçıvanda 2,5ºC təşkil edib.
Havanın minimum temperaturu Acınohurda 2ºC, Astarada 1ºC, Maştağa və Lənkəranda 0ºC, Cəfərxan, Gəncə, Ceyrançöldə -2ºC, Göyçay, Zərdab, Şəki və Bərdə -3ºC, Qəbələdə -5 ºC, Şamaxı, İsmayıllıda -6ºC, Gədəbəydə -7⁰C, Daşkəsən, Quba və Naxçıvanda -8ºC, Mərəzədə - 10⁰C qeydə alınıb.
Torpaq səthinin minimum temperaturu Maştağada -3⁰C, Qazax-Tovuz, Mərkəzi Aran və Mil-Muğan bölgəsində -4⁰C, Şəki-Zaqatala bölgəsində -6-9⁰C, Gəncədə -7⁰C, Mərəzədə -11ºC, Naxçıvanda -8ºC təşkil edib. Yağıntının dekadalıq miqdarı Quba-Xaçmazda 4-16 mm, Lənkəran-Astara bölgəsində Astarada 9 mm, Maştağa və Mərəzədə 2 mm qeydə alınıb. Naxçıvanda qar örtüyünün izi müşahidə edilib.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 56-86%, Gəncə-Daşkəsəndə 36-87%, Qazax-Tovuz bölgəsində 58-75%, Qarabağda 56-61%, Naxçıvan 71%, Maştağada 80%, Lənkəran-Astara bölgəsində 46-66%, Mil-Muğanda 55-71%, Şəki-Zaqatalada 41-64%, Quba-Xaçmaz bölgəsində 74-85%, Mərkəzi Aranda 54-59% təşkil edib.
Rütubət çatışmazlığı Dağlıq Şirvan bölgəsində 1-4 hPa, Gəncə-Daşkəsəndə 1-8 hPa, Qazax-Tovuz bölgəsində 2-5 hPa, Qarabağda 5-6 hPa, Naxçıvan HMS-da , Maştağa və Quba-Xaçmaz bölgəsində 2 hPa, Lənkəran-Astarada 2-5 hPa, Şəki-Zaqatala bölgələrində 4-7 hPa, Mil-Muğan 2-5 hPa, Mərkəzi Aranda 5 hPa olub.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı Goranboyda 2 gün, küləyin maksimum sürəti 32 m/san, Daşkəsən və Tərtərdə 3-4 gün, maksimal sürət 28 m/san, Bərdədə 1 gün, maksimal sürət 25 m/san, Zərdab və Tovuzda 1-2 gün, maksimal sürət 24 m/san, Mərəzə və Göyçayda 2-5 gün, maksimal sürət 22 m/san, Şəki və Gəncədə 1- 3 gün 20 m/san qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0