https://sputnik.az/20220211/ermenistan-itkin-dusmus-sexslerin-meyit-qaliqlarini-qarisiq-verib-439079670.html
Ermənistan itkin düşmüş şəxslərin meyit qalıqlarını qarışıq verib
Ermənistan itkin düşmüş şəxslərin meyit qalıqlarını qarışıq verib
Sputnik Azərbaycan
Azərbaycan XİN Paşinyanın çıxışına cavab olaraq bildirib ki, Paşinyanın açıqlaması ilə kütləvi məzarlıqların tapılması üst-üstə düşüb. 11.02.2022, Sputnik Azərbaycan
2022-02-11T19:06+0400
2022-02-11T19:06+0400
2022-02-11T19:07+0400
itkin
cəmiyyət
ermənistan
azərbaycan
meyit
dnt
https://cdnn1.img.sputnik.az/img/07e5/04/10/426715337_0:161:3071:1888_1920x0_80_0_0_7a0589178ebada89a31ac0e06a1be1c9.jpg
BAKI, 11 fevral - Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə bəzi meyit qalıqları qaytarılıb, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir.Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.Müavin eləcə də bildirib ki, Ermənistan tərəfi Azərbaycana meyit qalıqlarını qarışıq verib, bu isə meyitlərin kütləvi məzarlıqlarda basdırıldığını sübut edir:“Meyit qalıqları əsasən, qrunt suları, yeraltı suların keçdiyi ərazilərdən götürülüb. Ona görə də bu meyit qalıqlarından DNT nümunələri əldə etmək çox çətindir. Oradakı meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat olacaq”.Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. O, yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb.Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın çıxışına cavab olaraq bildirib ki, Paşinyanın açıqlaması ilə kütləvi məzarlıqların tapılması üst-üstə düşüb:"Bununla bağlı indiyədək Ermənistan hökuməti tərəfindən hər hansı açıqlama verilməsə də, 30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında, əlbəttə, azad olumuş ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edilməsi və dəlillərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi yer alır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/10/426715337_169:0:2900:2048_1920x0_80_0_0_08f240df9c793a84aca987c54d099d7d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan itkin düşmüş şəxslərin meyit qalıqlarını qarışıq verib
ermənistan itkin düşmüş şəxslərin meyit qalıqlarını qarışıq verib
Ermənistan itkin düşmüş şəxslərin meyit qalıqlarını qarışıq verib
19:06 11.02.2022 (Yenilənib: 19:07 11.02.2022) Azərbaycan XİN Paşinyanın çıxışına cavab olaraq bildirib ki, Paşinyanın açıqlaması ilə kütləvi məzarlıqların tapılması üst-üstə düşüb.
BAKI, 11 fevral - Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə bəzi meyit qalıqları qaytarılıb, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir.
Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Müavin eləcə də bildirib ki, Ermənistan tərəfi Azərbaycana meyit qalıqlarını qarışıq verib, bu isə meyitlərin kütləvi məzarlıqlarda basdırıldığını sübut edir:
“Meyit qalıqları əsasən, qrunt suları, yeraltı suların keçdiyi ərazilərdən götürülüb. Ona görə də bu meyit qalıqlarından DNT nümunələri əldə etmək çox çətindir. Oradakı meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat olacaq”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. O, yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın çıxışına cavab olaraq bildirib ki, Paşinyanın açıqlaması ilə kütləvi məzarlıqların tapılması üst-üstə düşüb:
"Bununla bağlı indiyədək Ermənistan hökuməti tərəfindən hər hansı açıqlama verilməsə də, 30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında, əlbəttə, azad olumuş ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edilməsi və dəlillərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi yer alır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.