https://sputnik.az/20220211/erdogan-susa-beyannamesini-tesdiqledi-439080065.html
Ərdoğan Şuşa Bəyannaməsini təsdiqlədi
Ərdoğan Şuşa Bəyannaməsini təsdiqlədi
Sputnik Azərbaycan
Şuşa Bəyannaməsini Azərbaycan və Türkiyə parlamentləri artıq təsdiq ediblər. 11.02.2022, Sputnik Azərbaycan
2022-02-11T19:28+0400
2022-02-11T19:28+0400
2022-02-11T19:28+0400
siyasət
şuşa
bəyannamə
rəcəb tayyip ərdoğan
təsdiq
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427225843_0:187:1960:1290_1920x0_80_0_0_4b40d9d897c0ffc076f090389bfb9b3a.jpg
BAKI, 11 fevral - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini təsdiq edib.Sputnik Azərbaycan-ın Anadolu-ya istinadən məlumatına görə, R.T.Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqallar Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin “Resmi Gazete”də yayımlanaraq qüvvəyə minməsi üçün müvafiq qərarı imzalayıb.Görüşdə Şura üzvlərindən sabiq baş nazir Binali Yıldırım, Azərbaycan tərəfdən Həsən Həsənov, Qazaxıstandan İkram Adırbek, Qırğızıstandan Mədətxan Şərimkulov, Özbəkistandan Baxtiyor Sayfullayev, eləcə də Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev iştirak ediblər.Qeyd edək ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427225843_395:195:1854:1290_1920x0_80_0_0_68ad2829953bbad591a81399e343aa09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan şuşa bəyannaməsini təsdiqlədi
ərdoğan şuşa bəyannaməsini təsdiqlədi
Ərdoğan Şuşa Bəyannaməsini təsdiqlədi
Şuşa Bəyannaməsini Azərbaycan və Türkiyə parlamentləri artıq təsdiq ediblər.
BAKI, 11 fevral - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini təsdiq edib.
Sputnik Azərbaycan-ın Anadolu-ya istinadən məlumatına görə, R.T.Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqallar Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin “Resmi Gazete”də yayımlanaraq qüvvəyə minməsi üçün müvafiq qərarı imzalayıb.
Görüşdə Şura üzvlərindən sabiq baş nazir Binali Yıldırım, Azərbaycan tərəfdən Həsən Həsənov, Qazaxıstandan İkram Adırbek, Qırğızıstandan Mədətxan Şərimkulov, Özbəkistandan Baxtiyor Sayfullayev, eləcə də Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev iştirak ediblər.
Qeyd edək ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.