https://sputnik.az/20220211/covid-19-un-mualicesi-ucun-perspektivli-dermanlar-aciqlandi-439054505.html
COVID-19-un müalicəsi üçün perspektivli dərmanlar açıqlandı
COVID-19-un müalicəsi üçün perspektivli dərmanlar açıqlandı
Sputnik Azərbaycan
Xəstələrdə yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün dərmanlar təklif olunub. 11.02.2022, Sputnik Azərbaycan
2022-02-11T22:49+0400
2022-02-11T22:49+0400
2022-02-11T22:49+0400
dərman
səhiyyə
covid-19
müalicə
koronavirus
üst
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545743_0:120:3103:1865_1920x0_80_0_0_04da0d63d92a053d04a728f83b94a637.jpg
BAKI, 11 fevral — Sputnik. COVID-19-un müalicəsi üçün iki yeni dərman ÜST tərəfindən perspektivli hesab edilir və istifadəsi tövsiyə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib."Baricitinib" ağır və ya kritik koronavirus xəstələrinə kömək edir. İmmunitet sisteminin həddindən artıq stimullaşdırılmasını boğan "Janus kinase" inhibitorları adlı dərmanlar sinfinin bir hissəsidir. ÜST onu kortikosteroidlərlə təyin etməyi tövsiyə edir", - deyə Vuynoviç bildirib.Onun sözlərinə görə, ÜST həmçinin xəstəxanaya yerləşdirilmə riski yüksək olan xəstələrdə yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün monoklonal anticism dərmanı olan "Sotrovimab"ın istifadəsini təklif edib. Risk qruplarına yaşlılar, immun çatışmazlığı olan insanlar, şəkərli diabeti, hipertoniya və piylənməsi olan xəstələr daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545743_372:0:3103:2048_1920x0_80_0_0_f261664deb98389caaa0d02616aa9f6d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid-19-un müalicəsi üçün perspektivi olan dərmanlar
covid-19-un müalicəsi üçün perspektivi olan dərmanlar
COVID-19-un müalicəsi üçün perspektivli dərmanlar açıqlandı
Xəstələrdə yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün dərmanlar təklif olunub.
BAKI, 11 fevral — Sputnik. COVID-19-un müalicəsi üçün iki yeni dərman ÜST tərəfindən perspektivli hesab edilir və istifadəsi tövsiyə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.
"Baricitinib" ağır və ya kritik koronavirus xəstələrinə kömək edir. İmmunitet sisteminin həddindən artıq stimullaşdırılmasını boğan "Janus kinase" inhibitorları adlı dərmanlar sinfinin bir hissəsidir. ÜST onu kortikosteroidlərlə təyin etməyi tövsiyə edir", - deyə Vuynoviç bildirib.
Onun sözlərinə görə, ÜST həmçinin xəstəxanaya yerləşdirilmə riski yüksək olan xəstələrdə yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün monoklonal anticism dərmanı olan "Sotrovimab"ın istifadəsini təklif edib. Risk qruplarına yaşlılar, immun çatışmazlığı olan insanlar, şəkərli diabeti, hipertoniya və piylənməsi olan xəstələr daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.