https://sputnik.az/20220211/cavid-qurbanov-sergey-pavlovla-gorusub-439070034.html
Cavid Qurbanov Sergey Pavlovla görüşüb
Cavid Qurbanov Sergey Pavlovla görüşüb
Sputnik Azərbaycan
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışıb 11.02.2022, Sputnik Azərbaycan
2022-02-11T17:24+0400
2022-02-11T17:24+0400
2022-02-11T17:24+0400
cavid qurbanov
iqtisadiyyat
azərbaycan dəmir yolları
görüş
rusiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41871/76/418717669_0:0:1280:721_1920x0_80_0_0_b48a8b7e4cd9f955e3f697e8e2a0f7ea.jpg
BAKI, 11 fevral — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC-də "Rusiya Dəmir Yolları" ASC-nin (ADY) baş direktorunun birinci müavini Sergey Pavlovla görüş keçirilib.ADY-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışıb, çəkilən yeni dəmir yolu xətləri haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsinə yeni imkanlar açıldığını vurğulayıb.Görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Bakı-Dərbənd dəmir yolu xəttinin elektrikləşdirilməsi, Bakı-Yalama xəttinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üzrə işlərin maliyyələşdirilməsi və bu xətdə işlərin tamamlanma müddətləri ilə bağlı müzakirələr olub. Bu istiqamətdə Rusiya və Azərbaycan tərəflərində işlərin sinxronlaşdırılması, habelə işlərin cari gedişi, qəbul edilən texnoloji həllər barədə qarşılıqlı məlumatlandırılma qaydalarına baxılıb."Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov "Azərbaycan Dəmir Yolları"nda görülən işləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O, yükdaşıma sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini, yeni yüklərin cəlb olunması ilə bağlı imkanların bundan sonra da artırılacağını qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41871/76/418717669_140:0:1280:855_1920x0_80_0_0_f8c283e37825ed1d64af69af3661fc2f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan və rusiya dəmir yolları rəhbərləri görüşdülər
azərbaycan və rusiya dəmir yolları rəhbərləri görüşdülər
Cavid Qurbanov Sergey Pavlovla görüşüb
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışıb
BAKI, 11 fevral — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC-də "Rusiya Dəmir Yolları" ASC-nin (ADY) baş direktorunun birinci müavini Sergey Pavlovla görüş keçirilib.
ADY-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışıb, çəkilən yeni dəmir yolu xətləri haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsinə yeni imkanlar açıldığını vurğulayıb.
Görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Bakı-Dərbənd dəmir yolu xəttinin elektrikləşdirilməsi, Bakı-Yalama xəttinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üzrə işlərin maliyyələşdirilməsi və bu xətdə işlərin tamamlanma müddətləri ilə bağlı müzakirələr olub. Bu istiqamətdə Rusiya və Azərbaycan tərəflərində işlərin sinxronlaşdırılması, habelə işlərin cari gedişi, qəbul edilən texnoloji həllər barədə qarşılıqlı məlumatlandırılma qaydalarına baxılıb.
"Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov "Azərbaycan Dəmir Yolları"nda görülən işləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O, yükdaşıma sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyini, yeni yüklərin cəlb olunması ilə bağlı imkanların bundan sonra da artırılacağını qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.