https://sputnik.az/20220211/biz-rusiyani-parcalayib-hokm-surmekde-maraqli-deyilik---uolles-439080638.html
Biz Rusiyanı parçalayıb hökm sürməkdə maraqlı deyilik - Uolles
Biz Rusiyanı parçalayıb hökm sürməkdə maraqlı deyilik - Uolles
Sputnik Azərbaycan
Rusiyaya səfər edən Britaniyanın Müdafiə naziri NATO ilə bağlı açıqlamalar verib. 11.02.2022, Sputnik Azərbaycan
2022-02-11T21:04+0400
2022-02-11T21:04+0400
2022-02-11T21:04+0400
dünya xəbərləri
nato
rusiya
razılaşma
https://cdnn1.img.sputnik.az/img/42284/11/422841173_0:0:3079:1733_1920x0_80_0_0_226cb679ecb8fb870155f18533321721.jpg
BAKI, 11 fevral - Sputnik. Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles bildirib ki, NATO Rusiya ilə razılaşmalara əməl etmək niyyətindədir.“Hər bir dövlət təhlükəsizliyin təminatına görə bərabər hüquqa malikdir, NATO da bütün imzaladığı razılaşmalara, o cümlədən də Rusiya hökuməti ilə bağladığı sazişlərə əməl etməkdə qətiyyətlidir”, - Uolles Rusiyaya səfəri zamanı mətbuat konfransında deyib.Nazir bu fikirdədir ki, NATO ölkələri Rusiyaya münasibətdə “parçala-hökm sür” fikrindən uzaqdırlar, onlar güclü, o cümlədən ticari münasibətlər arzusundadırlar.Britaniyanın Müdafiə naziri Moskvaya cümə günü, fevralın 11-də gəlib. O, rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.Bu yaxınlarda isə Rusiya paytaxtına Böyük Britaniyanın Xarici işlər naziri Liz Trass səfər etmişdi.Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir.Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42284/11/422841173_348:0:3079:2048_1920x0_80_0_0_709fa1616db23e2468bd8e0ba11e6495.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato rusiya ilə razılaşmaya necə əməl edəcək?
nato rusiya ilə razılaşmaya necə əməl edəcək?
Biz Rusiyanı parçalayıb hökm sürməkdə maraqlı deyilik - Uolles
Rusiyaya səfər edən Britaniyanın Müdafiə naziri NATO ilə bağlı açıqlamalar verib.
BAKI, 11 fevral - Sputnik. Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles bildirib ki, NATO Rusiya ilə razılaşmalara əməl etmək niyyətindədir.
“Hər bir dövlət təhlükəsizliyin təminatına görə bərabər hüquqa malikdir, NATO da bütün imzaladığı razılaşmalara, o cümlədən də Rusiya hökuməti ilə bağladığı sazişlərə əməl etməkdə qətiyyətlidir”, - Uolles Rusiyaya səfəri zamanı mətbuat konfransında deyib.
Nazir bu fikirdədir ki, NATO ölkələri Rusiyaya münasibətdə “parçala-hökm sür” fikrindən uzaqdırlar, onlar güclü, o cümlədən ticari münasibətlər arzusundadırlar.
“NATO müdafiə alyansıdır. Bu, NATO-nun Nizamnaməsində təsbit edilib. Biz Rusiyanı parçalayıb hökm sürməkdə maraqlı deyilik. Heç kimin belə marağı yoxdur. İstərdik ki, Rusiya ilə güclü əlaqələr, güclü ticari qarşılıqlı münasibətlər qura bilək”, - Uolles söyləyib.
Britaniyanın Müdafiə naziri Moskvaya cümə günü, fevralın 11-də gəlib. O, rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.
Bu yaxınlarda isə Rusiya paytaxtına Böyük Britaniyanın Xarici işlər naziri Liz Trass səfər etmişdi.
Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.
2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir.
Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.