Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanacaq - Kimlərə bəd xəbər ola bilər?

© Sputnik / Murad OrujovVergi Məcəlləsi
Vergi Məcəlləsi  - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Azərbaycanda hazırda qüvvədə olan Vergi Məcəlləsi 2001-ci ildə qəbul olunub.
BAKI, 11 fevral — Sputnik. Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması müzakirə olunan aktual məsələdir.
Sputnik Azərbaycan-ın “Report”a istinadən xəbərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva belə deyib.
Onun sözlərinə görə, beynəlxalq tələblər yeni məcəllənin hazırlanmasını zəruri edir: “Burada əsas məqsəd ondan ibarətdir ki, illər ərzində iqtisadiyyatın strukturu dəyişdikcə, innovasiyaların tətbiqi artdıqca, beynəlxalq tendensiyalarda hər il ümumi qəbul edilmiş tənzimləmələrə uyğunlaşma tələb olunduqca, ölkədən transmilli şirkətlər tərəfindən pul vəsaitlərinin çıxarılmasının qarşısının alınması ilə bağlı beynəlxalq modellər təkmilləşdirildikcə, onların qanunlara gətirilməsi tövsiyə olunur".
O bildirib ki, bu tip dəyişikliklərin olunması kimi obyektiv məsələləri nəzərə almaqla qanuna çoxsaylı dəyişikliklər olub və bəzən bu səbəbdən sahibkarlara vergi qanunvericiliyi kifayət qədər mürəkkəb gələ bilir: "Mürəkkəbliyin daha sadə struktura çevrilməsi, daha anlaşılan olması üçün yeni Vergi Məcəlləsinin hazırlanması gündəlikdə olan məsələlərdəndir. Biz sahibkarlardan indiyə qədər aldığımız təklif və tövsiyələri nəzərə alaraq yeni Vergi Məcəlləsinin hazırlanmasını planlaşdırırıq”.
Qeyd edək ki, Vergi Məcəlləsi 2001-ci ildən qüvvədədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0