https://sputnik.az/20220211/azerbaycanda-yeni-esginaslar-tedavule-buraxilib-439052054.html
Azərbaycanda yeni əsginaslar tədavülə buraxılıb
Azərbaycanda yeni əsginaslar tədavülə buraxılıb
Sputnik Azərbaycan
Yeni pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
2022-02-11T11:43+0400
2022-02-11T11:43+0400
2022-02-11T11:43+0400
manat
cəmiyyət
əskinas
yeni
dövriyyə
https://cdnn1.img.sputnik.az/img/40026/11/400261126_0:300:3909:2499_1920x0_80_0_0_0cb42e1931349bbaa15c5c0aa69cda4c.jpg
BAKI, 11 fevral — Sputnik. Bu gündən Azərbaycan Mərkəzi Bankı 30 illik yubileyi ərəfəsində yenilənmiş 20 manatlıq əsginasları tədavülə buraxıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.Yeni pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək."Qarabağ" mövzusuna həsr olunmuş 20 manatlıqların mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Pul nişanlarında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Live" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.Artıq ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemləri və avadanlıqları yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılıb (adaptasiya edilib).Ən son olaraq yeni dizaynla tədavülə buraxılan əgkinaslar- Azərbaycan Mərkəzi Bankı tərəfindən mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə dizaynı və mühafizə sistemləri yenilənən 1, 5 və 50 manatlıq pul nişanları 2021-ci il yanvar ayında tədavülə buraxılıb.Yenilənən 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan müvafiq nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir və tədavül vasitəsi kimi məhdudiyyətsiz şəkildə istifadə edilir.Azərbaycan manatı dünya mediasındaBeynəlxalq səviyyəli "Currency News" jurnalında növbəti uğurlu layihə kimi yenilənmiş 50 manatlıq pul nişanlarımıza dair məqalə dərc olunub. Məqalədə "Təhsil və gələcək" mövzusuna həsr olunan bu banknotun mövzusunun müasir cəmiyyətlərin inkişafı baxımından aktuallığı qeyd olunub.Eyni zamanda, mütərəqqi dizayna malik yenilənmiş 50 manatlığın üzərində tətbiq edilən və ən son texnoloji yenilik kimi qiymətləndirilən "RollingStar Lead" holoqramı, "Spark Live" boyası, metal saplar və bir sıra digər mühafizə elementləri barədə ətraflı qeyd olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Manat haqda bilmədiklərimiz və maraqlı faktlarSaxta pulla ehtiyacını qarşılamaq istədi, amma... - Azərbaycanda bu da baş verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40026/11/400261126_0:0:3909:2932_1920x0_80_0_0_ccc775896419613510069a8288fda686.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycanda yeni əsginaslar tədavülə buraxılıb
azərbaycanda yeni əsginaslar tədavülə buraxılıb
Azərbaycanda yeni əsginaslar tədavülə buraxılıb
Yeni pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
BAKI, 11 fevral — Sputnik. Bu gündən Azərbaycan Mərkəzi Bankı 30 illik yubileyi ərəfəsində yenilənmiş 20 manatlıq əsginasları tədavülə buraxıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Yeni pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
"Qarabağ" mövzusuna həsr olunmuş 20 manatlıqların mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Pul nişanlarında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Live" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.
Artıq ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemləri və avadanlıqları yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılıb (adaptasiya edilib).
Ən son olaraq yeni dizaynla tədavülə buraxılan əgkinaslar
- Azərbaycan Mərkəzi Bankı tərəfindən mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə dizaynı və mühafizə sistemləri yenilənən 1, 5 və 50 manatlıq pul nişanları 2021-ci il yanvar ayında tədavülə buraxılıb.
Yenilənən 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan müvafiq nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir və tədavül vasitəsi kimi məhdudiyyətsiz şəkildə istifadə edilir.
Azərbaycan manatı dünya mediasında
Beynəlxalq səviyyəli "Currency News" jurnalında növbəti uğurlu layihə kimi yenilənmiş 50 manatlıq pul nişanlarımıza dair məqalə dərc olunub. Məqalədə "Təhsil və gələcək" mövzusuna həsr olunan bu banknotun mövzusunun müasir cəmiyyətlərin inkişafı baxımından aktuallığı qeyd olunub.
Eyni zamanda, mütərəqqi dizayna malik yenilənmiş 50 manatlığın üzərində tətbiq edilən və ən son texnoloji yenilik kimi qiymətləndirilən "RollingStar Lead" holoqramı, "Spark Live" boyası, metal saplar və bir sıra digər mühafizə elementləri barədə ətraflı qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.