https://sputnik.az/20220211/azerbaycanda-pensiyalara-artimlar-439058604.html
Azərbaycanda pensiyalara artımlar
Azərbaycanda pensiyalara artımlar
Sputnik Azərbaycan
Fevral ayında pensiya alanların əvvəlki ödəniş məbləğlərinin artırılması gözlənilir və birdəfəlik yardımın rüblük hesablanması başlayacaq.
2022-02-11T13:30+0400
2022-02-11T13:30+0400
2022-02-11T13:30+0400
pensiya
infoqrafika
artım
əmək və əhalinin sosial müdafiə nazirliyi
inflyasiya
indeks
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438961334_0:0:268:151_1920x0_80_0_0_9ca426b6e9137f74b71c8fc05eb034f6.png
BAKI, 11 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev əmək təqaüdçülərinə 200 manat məbləğində birdəfəlik yardımın ayrılması barədə sərəncam imzalayıb.Pensiyalara birdəfəlik yardım cari ilin hər rübünün əvvəlində yalnız bir dəfə 50 manat ödəniləcək. Bundan əlavə, təqaüdçülərə aylıq ödənişlər yenidən hesablanacaq.Pensiyaların indeksləşdirilməsinin həcmi 2021-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempi ilə əlaqədardır ki, bu da Dövlət Statistika Komitəsinin məlumatına görə, 3,4% təşkil edib.Pensiyaların indeksləşdirilmiş hissəsi və birdəfəlik yardım fevral ayının pensiyası ilə birlikdə təqaüdçülərə ödəniləcək.Beləliklə, orta hesabla pensiyaya əlavə ölkə üzrə orta aylıq pensiyanın təxminən 9%-ni təşkil edəcək. Yəni 300 manata qədər pensiya alanlar üçün 10%-ə, daha yüksək pensiya alanlar üçün isə 7-8%-ə çatacaq.Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, indeksasiya və maddi yardım 2021-ci ildə orta inflyasiya dərəcəsini 6,7% üstələyir.Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardımın verilməsi pensiyaşıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək. Həmin məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.2023-cü ildən isə maddi yardımın təqaüdçülərin illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Azərbaycanda yeni poçt tarifləriAzərbaycanda 2026-cı ilə qədər inflyasiya proqnozu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438961331_0:0:269:202_1920x0_80_0_0_a0492091edf814633b57045eedd3cc7b.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fevral ayında pensiya alanların əvvəlki ödəniş məbləğlərinin artırılması gözlənilir və birdəfəlik yardımın rüblük hesablanması başlayacaq.
fevral ayında pensiya alanların əvvəlki ödəniş məbləğlərinin artırılması gözlənilir və birdəfəlik yardımın rüblük hesablanması başlayacaq.
Azərbaycanda pensiyalara artımlar
Fevral ayında pensiya alanların əvvəlki ödəniş məbləğlərinin artırılması gözlənilir və birdəfəlik yardımın rüblük hesablanması başlayacaq.
BAKI, 11 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev əmək təqaüdçülərinə 200 manat məbləğində birdəfəlik yardımın ayrılması barədə sərəncam imzalayıb.
Pensiyalara birdəfəlik yardım cari ilin hər rübünün əvvəlində yalnız bir dəfə 50 manat ödəniləcək. Bundan əlavə, təqaüdçülərə aylıq ödənişlər yenidən hesablanacaq.
Pensiyaların indeksləşdirilməsinin həcmi 2021-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempi ilə əlaqədardır ki, bu da Dövlət Statistika Komitəsinin məlumatına görə, 3,4% təşkil edib.
Pensiyaların indeksləşdirilmiş hissəsi və birdəfəlik yardım fevral ayının pensiyası ilə birlikdə təqaüdçülərə ödəniləcək.
Beləliklə, orta hesabla pensiyaya əlavə ölkə üzrə orta aylıq pensiyanın təxminən 9%-ni təşkil edəcək. Yəni 300 manata qədər pensiya alanlar üçün 10%-ə, daha yüksək pensiya alanlar üçün isə 7-8%-ə çatacaq.
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, indeksasiya və maddi yardım 2021-ci ildə orta inflyasiya dərəcəsini 6,7% üstələyir.
Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardımın verilməsi pensiyaşıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək. Həmin məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.
2023-cü ildən isə maddi yardımın təqaüdçülərin illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.