https://sputnik.az/20220211/azerbaycan-spaniya-munasibetleri-ile-bagli-xn-den-aciqlama-439068332.html
Azərbaycan-İspaniya münasibətləri ilə bağlı XİN-dən açıqlama
Azərbaycan-İspaniya münasibətləri ilə bağlı XİN-dən açıqlama
Sputnik Azərbaycan
Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin suverenliyini dəstəkləyir. 11.02.2022, Sputnik Azərbaycan
2022-02-11T16:53+0400
2022-02-11T16:53+0400
2022-02-11T16:53+0400
ispaniya
siyasət
azərbaycan
diplomatik münasibətlər
https://cdnn1.img.sputnik.az/img/41568/52/415685209_0:0:3071:1728_1920x0_80_0_0_dae01913b6b4b80ef09ccd8e3f8bacc8.jpg
BAKI, 11 fevral — Sputnik. Bu gün Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilir.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, ötən 30 il ərzində Azərbaycan və İspaniya arasında qurulmuş dialoq və qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir."İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, humanitar, idman və digər sahələri əhatə edir.Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin suverenliyi ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.Yüksək səviyyədə həyata keçirilən siyasi dialoq, iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verir.İqtisadi, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində atılan addımlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni əlverişli perspektivlər açır. Hər iki ölkənin parlamentləri arasında yüksək səviyyədə olan əlaqələr ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyətli töhfə verməkdədir.Azərbaycan və İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə İspaniya hökumətinə və xalqına səmimi təbriklərimizi ifadə edir və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyimizi ifadə edirik", - deyə qeyd olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41568/52/415685209_193:0:2924:2048_1920x0_80_0_0_ca3bac2e28e98c7ec2fb777f87696330.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xin azərbaycan və ispaniya arasında münasibətlər haqda
xin azərbaycan və ispaniya arasında münasibətlər haqda
Azərbaycan-İspaniya münasibətləri ilə bağlı XİN-dən açıqlama
Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin suverenliyini dəstəkləyir.
BAKI, 11 fevral — Sputnik. Bu gün Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, ötən 30 il ərzində Azərbaycan və İspaniya arasında qurulmuş dialoq və qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir.
"İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, humanitar, idman və digər sahələri əhatə edir.
Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin suverenliyi ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.
Yüksək səviyyədə həyata keçirilən siyasi dialoq, iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verir.
İqtisadi, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində atılan addımlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni əlverişli perspektivlər açır. Hər iki ölkənin parlamentləri arasında yüksək səviyyədə olan əlaqələr ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyətli töhfə verməkdədir.
Azərbaycan və İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə İspaniya hökumətinə və xalqına səmimi təbriklərimizi ifadə edir və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyimizi ifadə edirik", - deyə qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.