CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Axşam və gecə işinə görə ödənişlər necə olmalıdır?

© AFP 2024 / FRANCOIS GUILLOTOfisdə iş, arxiv şəkli
Ofisdə iş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Gecə vaxtı yerinə yetirilən işə görə əməkhaqqının verilməsi üçün Nazirlər Kabinetinin qərarı mövcuddur.
BAKI, 11 fevral — Sputnik. "65 yaşına çatma ilə bağlı əmək müqaviləsinə xitam verilməsi yalnız dövlət büdcəsindən maliyyələşən müəssisələrdə nəzərdə tutulur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Sosial saat" verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
O bildirib ki, özəl şirkətlərdə belə bir tələb mövcud deyil: "Lakin işçinin səhhətinin ətrafa və onun özünə zərər verəcəyi hal müəyyən olunarsa, tərəflər razılaşdığı halda əmək müqaviləsinə xitam verilə bilər", - o deyib.
Fuad Heydərov deyib ki, işçi əsas iş yerindən başqa, əlavə iş yerində də işləyə bilər.
O bildirib ki, sadəcə, işçinin əlavə iş yerində işləməsi həftəlik 20 saatdan, gündəlik isə 4 saatdan artıq ola bilməz: "Gecə vaxtı yerinə yetirilən işə görə əməkhaqqının verilməsi üçün isə Nazirlər Kabinetinin qərarı mövcuddur. 74 nömrəli qərara əsasən, gecə vaxtı yerinə yetirilən işə görə işçiyə saat hesabı tarif maaşının 20%-i, çoxnövbəli işdə axşam növbəsinə görə 20%-i, gecə növbəsinə görə 40%-i həcmində əlavə haqq müəyyən edilir. Çoxnövbəli işdə hər növbənin saatı 8 saat müəyyən edilir. Növbələrin hər biri 8 saatdan ibarətdirsə, bu zaman axşam rejiminə görə maaşın 40%-i həcmində əlavə verilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0