Yevlaxda yol kənarındakı ağacları yanğın məhv etdi – FOTO
Yevlaxda yol kənarındakı ağacları yanğın məhv etdi – FOTO
Sputnik Azərbaycan
Mingəçevir-Bəhrəmtəpə yolunun Yevlaxdan keçən hissəsində yaşıllıq zolağına düşən alov müxtəlif növ ağacların yanmasına, ütülməsinə səbəb olub 10.02.2022, Sputnik Azərbaycan
BAKI, 10 fevral — Sputnik. İsti iqlimi ilə seçilən Aran bölgəsində yanğınlara daha çox yay aylarında təsadüf edilir. Kol-kosun istidən alışması, yaxud meşə zolaqlarında insan amili nəticəsində törəyən alovlanmanı bəzən günlərlə söndürmək mümkün olmur.Qışda isə yanğınlar az olsa da, onun törənməsində insan amili daha çox rol oynayır. Qışın son günləri su kanallarında, yol kənarlarında bitən qamışlar qəsdən yandırılır. Buna səbəb isə qışdan yaza çıxan mal-qaranın yemlə təminatıdır. Belə ki, yandırılan qamışlıq ərazi yazda yenidən göyərərək heyvanların otlaması üçün yem bazası rolunu oynayır.Bu cür qəsdən və ya təsadüfdən baş verən yanğınlar yol kənarlarındakı yaşıllıq zolaqlarının məhvinə də səbəb olur. Elə bu cür yanğın hadisəsi ötən gün Yevlax ərazisində də qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, yanğın Mingəçevir-Bəhrəmtəpə yolunun Yevlaxın Hürüuşağı-Salahlı kəndlərindən keçən hissəsindəki yaşıllıq zolağında qeydə alınıb.Alovlanan qamışlıq yaxınlıqda olan müxtəlif növ ağacların yanmasına, ütülməsinə səbəb olub. Yanıb yararsız hala düşən ağaclar 5-10 il öncə əkilənlər olub. Qamışlıqdan küləyin təsiri ilə ətrafa yayılan alov kol bitkilərini də yandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Mingəçevir-Bəhrəmtəpə yolunun Yevlaxdan keçən hissəsində yaşıllıq zolağına düşən alov müxtəlif növ ağacların yanmasına, ütülməsinə səbəb olub
BAKI, 10 fevral — Sputnik. İsti iqlimi ilə seçilən Aran bölgəsində yanğınlara daha çox yay aylarında təsadüf edilir. Kol-kosun istidən alışması, yaxud meşə zolaqlarında insan amili nəticəsində törəyən alovlanmanı bəzən günlərlə söndürmək mümkün olmur.
Qışda isə yanğınlar az olsa da, onun törənməsində insan amili daha çox rol oynayır. Qışın son günləri su kanallarında, yol kənarlarında bitən qamışlar qəsdən yandırılır. Buna səbəb isə qışdan yaza çıxan mal-qaranın yemlə təminatıdır. Belə ki, yandırılan qamışlıq ərazi yazda yenidən göyərərək heyvanların otlaması üçün yem bazası rolunu oynayır.
Bu cür qəsdən və ya təsadüfdən baş verən yanğınlar yol kənarlarındakı yaşıllıq zolaqlarının məhvinə də səbəb olur. Elə bu cür yanğın hadisəsi ötən gün Yevlax ərazisində də qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, yanğın Mingəçevir-Bəhrəmtəpə yolunun Yevlaxın Hürüuşağı-Salahlı kəndlərindən keçən hissəsindəki yaşıllıq zolağında qeydə alınıb.
Alovlanan qamışlıq yaxınlıqda olan müxtəlif növ ağacların yanmasına, ütülməsinə səbəb olub. Yanıb yararsız hala düşən ağaclar 5-10 il öncə əkilənlər olub. Qamışlıqdan küləyin təsiri ilə ətrafa yayılan alov kol bitkilərini də yandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.