https://sputnik.az/20220210/usaqlarin-salfetin-icinde-narkotik-satdigini-deyen-sexs-ikinci-melumat-yaydi---vdeo-439016544.html
Uşaqların salfetin içində narkotik satdığını deyən şəxs ikinci məlumat yaydı - VİDEO
Uşaqların salfetin içində narkotik satdığını deyən şəxs ikinci məlumat yaydı - VİDEO
Sputnik Azərbaycan
K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. 10.02.2022, Sputnik Azərbaycan
2022-02-10T14:16+0400
2022-02-10T14:16+0400
2022-02-10T14:16+0400
salfet
hadisə
narkotik
din
polis
videoçəkiliş
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951585_0:0:3077:1731_1920x0_80_0_0_c989386770c2989790d674acd57d401f.jpg
BAKI, 10 fevral — Sputnik. Daxili İşlər Nazirliyi küçələrdə uşaqların satdığı salfetin içinə narkotik vasitə qoyulması ilə bağlı sosial şəbəkələrdə məlumat yayan şəxslə bağlı yeni açıqlama yayıb.Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.Qeyd edək ki, sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satması ilə bağlı məlumatlar yayılıb. Kamran adlı bir şəxs küçədə dilənçiliklə məşğul olan uşaqlardan salfet aldığını və bir müddət sonra polis əməkdaşlarının onu saxladığını yazıb.Dünən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev demişdi ki, polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxsin Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov Kamran olması müəyyən olunub. "O etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub. Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub. İddialarla bağlı araşdırmalar davam etdirilir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951585_83:0:2812:2047_1920x0_80_0_0_cc88516b425eab44bc9d2f049cd50451.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
salfet arasında narkotik ilə bağlı abumislimov ifadə verdi - video
salfet arasında narkotik ilə bağlı abumislimov ifadə verdi - video
Uşaqların salfetin içində narkotik satdığını deyən şəxs ikinci məlumat yaydı - VİDEO
K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
BAKI, 10 fevral — Sputnik. Daxili İşlər Nazirliyi küçələrdə uşaqların satdığı salfetin içinə narkotik vasitə qoyulması ilə bağlı sosial şəbəkələrdə məlumat yayan şəxslə bağlı yeni açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.
Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, sosial şəbəkələrdə dilənçilərin küçədə narkotik vasitə satması ilə bağlı məlumatlar yayılıb. Kamran adlı bir şəxs küçədə dilənçiliklə məşğul olan uşaqlardan salfet aldığını və bir müddət sonra polis əməkdaşlarının onu saxladığını yazıb.
Dünən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev demişdi ki, polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxsin Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov Kamran olması müəyyən olunub.
"O etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub. Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub. İddialarla bağlı araşdırmalar davam etdirilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.