SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Moldovanın Xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Moldovanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri fevralın 8-də başlayıb
BAKI, 10 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu qəbul edib.
Bu barədə dövlət başçısının rəsmi saytı məlumat verir.
Prezident İlham Əliyev ötən ilin dekabrında Moldova Prezidenti Maya Sandu ilə Brüsseldə keçirdiyi görüşü məmnunluqla xatırlayıb və ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Moldova Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Moldovanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş edib.
Nazir Niku Popesku ölkələrimiz arasında diplomatik münasibətlərin olduğu 30 ilə yaxın müddətdə həmrəylik prinsipindən çıxış edərək Azərbaycan və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb. Niku Popesku iqtisadi, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, enerji sahələrində və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib, bu sahələrdə konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Moldovalı nazirin Azərbaycana rəsmi səfəri fevralın 8-də başlayıb. O artıq azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
Tərəflər iqtisadi, ticarət, enerji, humanitar, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı üçün mövcud potensialdan istifadə olunması ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin görüşdə iqtisadi münasibətlərə xüsusi diqqətin ayrılmasının önəmli olduğu qeyd edilib və bu xüsusda, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşdə iki ölkə arasında çoxtərəfli platformalarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və "Şərq Tərəfdaşlığı" təşəbbüsü) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Bayramov və Popesku, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0