Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Palçıq vulkanlarına yeni avtomobil yolu inşa edilir - VİDEO

© Photo : Azerbaijan Highway State Agency Abşeron rayonunda yerləşən palçıq vulkanlarına gedən yolun tikintisi
 Abşeron rayonunda yerləşən palçıq vulkanlarına gedən yolun tikintisi - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda müasir turizm infrastrukturuna gedən yeni yol inşa edir.
BAKI, 10 fevral — Sputnik. Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, yeni yol 3-cü texniki dərəcəyə uyğun inşa olunur. Onun uzunluğu 21 km təşkil edəcək. Torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni 8 metrdir.
Görülən işlər çərçivəsində torpaq yatağı və yol əsası inşa edilib, suötürücü borular yenilənib.
Hazırda yol boyu yeni asfalt-bet­on örtüyünün döşənməsi, yol çiyinlərinin tikintisi ​ işləri icra olunur. Yol nişanları, siqnal dirəkləri quraşdırılır.
Layihənin sonuncu mərhələsində​ yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
© Photo : Azerbaijan Highway State Agency Abşeron rayonunda yerləşən palçıq vulkanlarına gedən yolun tikintisi
 Abşeron rayonunda yerləşən palçıq vulkanlarına gedən yolun tikintisi - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abşeron rayonunda yerləşən palçıq vulkanlarına gedən yolun tikintisi
Qeyd edək ki, ölkəmizdəki palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb.
2021-ci ilin 4 iyununda Xəzər dənizində kəşfiyyat uçuşları zamanı dənizin Salyan rayonu istiqamətində sahildən təqribən 30 kilometr məsafədə Daşlı adasında palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Azərbaycanda təxminən 350 palçıq vulkanı mövcuddur.
Xəbər lenti
0