Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ombudsman Malıbəyli və Quşçular kəndlərində törədilən qətliamlarla bağlı çağırış etdi

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Şuşanın Malıbəyli və Quşçular kəndlərində ermənilər tərəfindən törədilmiş qətliamlardan 30 il ötür
BAKI, 10 fevral — Sputnik. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndlərində azərbaycanlılara qarşı törədilmiş qətliamlarla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şuşanın Malıbəyli və Quşçular kəndlərində ermənilər tərəfindən törədilmiş qətliamlardan 30 il ötür.
Tarix boyu Ermənistanın Azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırımı siyasəti dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnən cinayətlərə səbəb olub. İnsanlıq və bəşəriyyət əleyhinə yönəlmiş bu çirkin siyasətin qurbanlarından biri də Malıbəyli və Quşçular kəndlərində yaşamış dinc azərbaycanlı ailələr olub.
1992-ci il 10-12 fevral tarixlərində erməni silahlı birləşmələri Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində soyqırımı cinayəti törədərək, aralarında uşaq, qadın və ahıl insanlar olmaqla, 50-yə yaxın dinc azərbaycanlını qətlə yetirib, kəndləri tamamilə yandırıb.
Cəzasızlıq mühitindən istifadə edərək erməni silahlı birləşmələri Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində törətmiş olduqları qətliamdan sonra da öz çirkin əməllərini davam etdirərək, Qaradağlı, Ağdaban və əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımını törətdilər.
"İnanıram ki, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən qatı cinayətləri törətmiş erməni silahlı birləşmələrinin üzvləri və Ermənistanın hərbi-siyasi rəhbərliyi tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb ediləcək", - deyə ombudsman müraciətində vurğulayıb.
Xəbər lenti
0