Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Neft daşıyan "Şah İsmayıl Xətai" tankeri təmirdən sonra nə işlə məşğuldur - FOTO

© Photo : Azerbaijan Caspian Shipping Company“Şah İsmayıl Xətai” tankeri
“Şah İsmayıl Xətai” tankeri - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən xam neftin daşınmasına cəlb olunub.
BAKI, 10 fevral — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus "Şah İsmayıl Xətai" tankerinin əsaslı təmiri başa çatıb.
ASCO-dan Sputnik Azərbaycan-a bildirilib ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.
Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərrik, nasoslar, separatorlar və kompressorlar təmir edilib.
© Photo : Azerbaijan Caspian Shipping Company“Şah İsmayıl Xətai” tankeri
“Şah İsmayıl Xətai” tankeri - Sputnik Azərbaycan, 1920, 10.02.2022
“Şah İsmayıl Xətai” tankeri
Gəmidə gövdə-qaynaq, elektrik-quraşdırma və avtomatika işləri də yerinə yetirilib. Həmçinin tankerdə yeni borular quraşdırılıb.
Eyni zamanda, "Şah İsmayıl Xətai" gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən xam neftin daşınmasına cəlb olunub.
Xatırladaq ki, "Şah İsmayıl Xətai" gəmisi Nəqliyyat Donanmasının ən nəhəng tankerlərindən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.
Xəbər lenti
0