Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kinosevərlərin maraqla izlədiyi jurnal işıq üzü görüb - FOTO

© AP Photo / Vincent YuJurnal satışı, arxiv şəkli
Jurnal satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Gənc Film İstehsalçıları Assosiasiyasının sədri Əli İsa Cabbarovun dediyinə görə, jurnalın nəşrinin bərpası Mədəniyyət Nazirliyinin Kino şöbəsində (yeni adı Audiovizual və interaktiv media şöbəsi) gedən dəyişikliklərlə bağlıdır.
BAKI, 10 fevral — Sputnik. Kino peşəkarlarının və kino həvəskarlarının maraqla izlədiyi peşəkar dərgilərdən biri olan "Fokus" analitik kino jurnalı növbəti 10-cu nömrəsilə oxucularının görüşünə gəlib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan "Fokus" analitik kino jurnalı Qafqazda çap formatında dərc edilən yeganə analitik kino dərgisidir:
"10-cu nömrənin nəşri AR Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilib. Gənc Film İstehsalçıları Assosiasiyası ilə Mədəniyyət Nazirliyi arasında bağlanan müqaviləyə əsasən, Nazirlik jurnalın növbəti 4 nömrəsinin nəşrini maliyyələşdirəcək. Eyni zamanda, Azərbaycan Kinematoqrafçılar İttifaqı da jurnalın nəşrinə maliyyə və təşkilatı dəstək verib".
Bu nömrədə jurnal ənənəvi olaraq Sevda Sultanova, Aliyə Dadaşova, Aygün Aslanlı ilə yanaşı, yeni müəlliflər - Qismət Rüstəmov, Hacı Səfərovla da əməkdaşlıq edib. Jurnal yeni müəlliflər də cəlb etmək, yeni kinoşünaslar nəsli yetişdirmək əzmindədir.
Jurnalın redaktoru Əli İsa Cabbarovun "Ön söz"ündə bildirdiyinə görə, 10-cu nömrənin ana məqsədi "kinomuz hardadır" və "kinomuz hara gedir" suallarına cavab tapmaqdır. Bu səbədən dramaturq Cəfər Cabbarlının "Litеraturnaya qazеta"nın 20 iyun 1930-cu il, No 30 (67) nömrəsində çap olunan "Hara gedir Azərkino" adlı məqaləsi jurnalın ilk məqaləsi kimi seçilib.
Kinorejissorlar Elvin Adıgözəl, Hilal Baydarov, Rüfət Həsənov nömrənin əsas qəhrəmanlarıdır. Bununla yanaşı, Rüstəm İbrahimbəyovdan və məşhur ssenari təlimçisi Kristofer Voqlerdən də məqalələr yer alıb. Kinooperator Orxan Abbasov, kinorejissorlar Teymur Daimi və Teymur Hacıyevlə müsahibələr bu buraxılışın maraqlı yazılarındandır.
Jurnalı nəşr edən, Gənc Film İstehsalçıları Assosiasiyasının sədri Əli İsa Cabbarovun dediyinə görə, jurnalın nəşrinin bərpası Mədəniyyət Nazirliyinin Kino şöbəsində (yeni adı Audiovizual və interaktiv media şöbəsi) gedən dəyişikliklərlə bağlıdır: "Prosesləri analiz etmədən heç bir sahədə irəliləyiş əldə etmək olmaz. "Fokus"un ana missiyasını bunda görürük".
Xəbər lenti
0