Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Kəlbəcərdə yeni hərbi infrastruktur istifadəyə verilib - VİDEO

© AR Ministry of DefenceKəlbəcər rayonunda yeni hərbi infrastruktur istifadəyə verilib
Kəlbəcər rayonunda yeni hərbi infrastruktur istifadəyə verilib - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş növbətçiliyinin daim yüksək səviyyədə aparılması barədə müvafiq tapşırıqlar verib.
BAKI, 10 fevral — Sputnik. Kəlbəcər rayonunda səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunan hərbi infrastrukturun açılışında iştirak edib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, burada şəxsi heyət üçün lazımi şərait yaradılıb. İnfrastruktur bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, əşya anbarları, məişət otağı, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.
Bina işıq, su və kommunikasiya xətləri, o cümlədən mərkəzi istilik və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. İqlim şəraitinin daha sərt olması nəzərə alınaraq yataqxanalarda əlavə olaraq müasir odun sobaları da quraşdırılıb.
Yeməkxana ilə tanışlıq zamanı müdafiə nazirinə məruzə olunub ki, burada müasir avadanlıqla tam təchiz edilən mətbəx, ərzaq anbarları, eləcə də hərbi qulluqçuların isti yeməklə təminatına cavabdeh personal üçün ayrıca istirahət otağı mövcuddur. Həmçinin yeməkxanada müasir çörəkbişirmə avadanlığı quraşdırılıb. Şəxsi heyət daim təzə çörəklə təmin edilir. Yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.
Sonra Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi obyektin avtomobil parkını da ziyarət edib. Park ilə tanışlıq zamanı çətin relyefli və qarlı ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınmasının təmin edilməsi məqsədilə yeni istifadəyə verilən tırtıllı və xizəkli texnikalar haqqında məlumat verilib.
Döyüş hazırlığı planına uyğun keçirilən məşğələlərin gedişatı ilə maraqlanan general-polkovnik Z.Həsənova məruzə edilib ki, qar üzərində yerimək üçün xüsusi fərdi avadanlıqlar və silahlanmaya yeni qəbul edilən xüsusi texnikanın gücü ilə bölmələrin çevik və təhlükəsiz hərəkəti təmin edilib.
Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş növbətçiliyinin daim yüksək səviyyədə aparılması barədə müvafiq tapşırıqlar verib.
Xəbər lenti
0