https://sputnik.az/20220210/goturulen-testlerin-cavabi-bezen-48-saatdan-gec-verilir-439027571.html
Götürülən testlərin cavabı bəzən 48 saatdan gec verilir
Götürülən testlərin cavabı bəzən 48 saatdan gec verilir
Sputnik Azərbaycan
Kliniki Tibbi Mərkəzin baş infeksionisti deyib ki, Omikron çox sürətlə yoluxur və təəssüf ki, yoluxmaların hamısını testlə təsdiqləmək imkanı məhdudlaşır. 10.02.2022, Sputnik Azərbaycan
2022-02-10T23:02+0400
2022-02-10T23:02+0400
2022-02-10T23:02+0400
test
səhiyyə
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427124257_0:0:3049:1716_1920x0_80_0_0_30096d52dab0fea0656ecc8cc0992e53.jpg
BAKI, 10 fevral — Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında baş verən artım səhiyyə sistemində müəyyən yüklənmələrə səbəb olur. Bunun nəticəsidir ki, götürülən testlərin cavabı bəzən 48 saatdan gec verilir. Bəzi hallarda xəstəliyin bütün simptomları müşahidə edilsə də, analiz nümunələrində virus aşkarlanmır. Bu da vətəndaşlar arasında narazılıq, həkimlərdə isə narahatlıq yaradır.Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib ki, Omikron çox sürətlə yoluxur və təəssüf ki, yoluxmaların hamısını testlə təsdiqləmək imkanı məhdudlaşır: "Omikron yuxarı tənəffüs yolları əlamətləri ilə özünü büruzə verir. Yüksək hərarətlə xarakterizə olunur, iybilmə, dadbilmənin itirilməsi əvvəlki ştammlarla müqayisədə daha aşağıdır. Pnevmoniya yaratmaq qabiliyyəti də virusun digər mutasiyaları ilə müqayisədə zəifdir. Yeni ştamm əvvəlkilərlə müqayisədə daha yüngül əlamətlərlə müşahidə edilir. Xəstəlikdən ağırlaşmaların və ölənlərin sayı da azdır, amma yenə də var. Ağırlaşmaların əksəriyyəti peyvənd olunmayanlar arasında baş verir", - deyə o bildirib.Vətəndaşlar arasında peyvəndin təsirindən virusa yoluxduğunu iddia edənlər də var. Mütəxəssislər belə halın mümkünsüz olduğunu bildirirlər. Mərkəzin baş infeksionisti həmin iddialara cavab olaraq deyib: "Peyvənddən sonra yoluxma tibbi baxımdan tamamilə əsassızdır: Xəstələr ya peyvənddən üç-beş gün əvvəl, ya da peyvənddən bir-iki gün sonra başqa məkanlarda yoluxurlar və bunu peyvəndlə əlaqələndirirlər. Hər bir halda peyvənd xəstəliyi daha yüngül keçirməyə kömək edir, ölüm riskini azaldır. Peyvənd olunmayan anticisimsiz orqanizm isə virusun baş qaldırması üçün sərbəst mühitdir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Nazirlik: Güman edirik ki, sonuncu dalğa daha qısa müddətli olacaqAzərbaycanda koronavirus: sutkalıq yoluxma 8 minə yaxınlaşırİşçilərdən 4-cü doza peyvənd tələbi: məcburi göstəriş varmı?Vaksinlə bağlı şəkərli diabet xəstələrinə xəbərdarlıq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427124257_197:0:2926:2047_1920x0_80_0_0_f608f6cf729ba9fc565507434d2cfdf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
test, koronavirus, covid-19
test, koronavirus, covid-19
Götürülən testlərin cavabı bəzən 48 saatdan gec verilir
Kliniki Tibbi Mərkəzin baş infeksionisti deyib ki, Omikron çox sürətlə yoluxur və təəssüf ki, yoluxmaların hamısını testlə təsdiqləmək imkanı məhdudlaşır.
BAKI, 10 fevral — Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında baş verən artım səhiyyə sistemində müəyyən yüklənmələrə səbəb olur. Bunun nəticəsidir ki, götürülən testlərin cavabı bəzən 48 saatdan gec verilir. Bəzi hallarda xəstəliyin bütün simptomları müşahidə edilsə də, analiz nümunələrində virus aşkarlanmır. Bu da vətəndaşlar arasında narazılıq, həkimlərdə isə narahatlıq yaradır.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib ki, Omikron çox sürətlə yoluxur və təəssüf ki, yoluxmaların hamısını testlə təsdiqləmək imkanı məhdudlaşır:
"Testin nəticəsi mənfi çıxanda da COVID olmaması fikrinə düşmək olmaz. Ümumiyyətlə, pandemiya dönəmində yuxarı tənəffüs yolları simptomları, qızdırması, halsızlığı olan hər bir xəstə özünü COVID xəstəsi kimi zənn edərək təcrid olunmalıdır".
"Omikron yuxarı tənəffüs yolları əlamətləri ilə özünü büruzə verir. Yüksək hərarətlə xarakterizə olunur, iybilmə, dadbilmənin itirilməsi əvvəlki ştammlarla müqayisədə daha aşağıdır. Pnevmoniya yaratmaq qabiliyyəti də virusun digər mutasiyaları ilə müqayisədə zəifdir. Yeni ştamm əvvəlkilərlə müqayisədə daha yüngül əlamətlərlə müşahidə edilir. Xəstəlikdən ağırlaşmaların və ölənlərin sayı da azdır, amma yenə də var. Ağırlaşmaların əksəriyyəti peyvənd olunmayanlar arasında baş verir", - deyə o bildirib.
Vətəndaşlar arasında peyvəndin təsirindən virusa yoluxduğunu iddia edənlər də var. Mütəxəssislər belə halın mümkünsüz olduğunu bildirirlər. Mərkəzin baş infeksionisti həmin iddialara cavab olaraq deyib:
"Peyvənddən sonra yoluxma tibbi baxımdan tamamilə əsassızdır: Xəstələr ya peyvənddən üç-beş gün əvvəl, ya da peyvənddən bir-iki gün sonra başqa məkanlarda yoluxurlar və bunu peyvəndlə əlaqələndirirlər. Hər bir halda peyvənd xəstəliyi daha yüngül keçirməyə kömək edir, ölüm riskini azaldır. Peyvənd olunmayan anticisimsiz orqanizm isə virusun baş qaldırması üçün sərbəst mühitdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.