https://sputnik.az/20220210/ermenistanda-casus-qalmaqali---19-herbci-saxlanilib-439013657.html
Ermənistanda casus qalmaqalı - 19 hərbçi saxlanılıb
Ermənistanda casus qalmaqalı - 19 hərbçi saxlanılıb
Sputnik Azərbaycan
Erməni zabitlərini qadınların adına açılmış saxta hesablarla şirnikdiriblər. 10.02.2022, Sputnik Azərbaycan
2022-02-10T12:49+0400
2022-02-10T12:49+0400
2022-02-10T12:49+0400
ermənistan
dünya xəbərləri
hərbçi
casus
qalmaqal
https://cdnn1.img.sputnik.az/img/07e4/09/19/425028464_0:0:1600:901_1920x0_80_0_0_778802b2c343e6483af70eed177ed805.jpg
BAKI, 10 fevral — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanları tərəfindən yaradılmış və respublika ərazisində fəaliyyət göstərən böyük casus şəbəkəsini üzə çıxarıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.Qeyd olunub ki, kəşfiyyat şəbəkəsinə onlarla erməni hərbçi cəlb edilib.Sosial şəbəkələrdə ifşa olunma riskini azaltmaq üçün erməni qadınların adları və fotoşəkilləri ilə çoxsaylı saxta hesablar açılaraq onlar vasitəsilə xarici kəşfiyyatçıların erməni zabitləri ilə tanışlığı yaradılıb.Asan qazanc əldə etməyə çalışan erməni zabitlərinə qoşunların yerləşməsi, şəxsi heyətin sayı, texnika, döyüş sursatının həcmi, hərbi hissələrin komandanlıq strukturu, müdafiənin yerləşməsi haqqında məlumatlar ötürmək təklif edilib.Casus şəbəkəsinin yaradıcıları qeyd olunan məlumatlara sahib olan insanları şirnikləndirə biliblər. Sonuncular mobil proqramlar vasitəsilə özlərində olan, həmçinin xarici xüsusi xidmət orqanlarının tələbi ilə əldə etdikləri məlumatları "kuratorlarına" göndəriblər.Bildirilir ki, genişmiqyaslı əməliyyat tədbirləri çərçivəsində Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən kəşfiyyatının xeyrinə gizli fəaliyyətlə məşğul olan Ermənistan vətəndaşlarının şəxsiyyətini müəyyən etməyə, habelə onlara ötürülən məlumatların həcmini və xarakterini dəqiqləşdirməyə, habelə onların qarşısının alınmasına nail olublar.İstintaq zamanı 30-dan çox axtarış aparılıb, cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən çoxsaylı sənədlər, əşyalar müəyyən edilərək götürülüb, həmçinin xarici valyutada pulun köçürülməsini təsdiq edən qəbzlər aşkar edilib. Ümumilikdə 19 hərbçi saxlanılıb, onlardan bəziləri artıq cinayəti etiraf ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/19/425028464_180:0:1600:1065_1920x0_80_0_0_9bb6bdf32a7327ca23d5f1108717d225.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
casus qalmaqalı: xarici kəşfiyyat erməni zabitləri belə ələ aldı
casus qalmaqalı: xarici kəşfiyyat erməni zabitləri belə ələ aldı
Ermənistanda casus qalmaqalı - 19 hərbçi saxlanılıb
Erməni zabitlərini qadınların adına açılmış saxta hesablarla şirnikdiriblər.
BAKI, 10 fevral — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanları tərəfindən yaradılmış və respublika ərazisində fəaliyyət göstərən böyük casus şəbəkəsini üzə çıxarıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunub ki, kəşfiyyat şəbəkəsinə onlarla erməni hərbçi cəlb edilib.
Sosial şəbəkələrdə ifşa olunma riskini azaltmaq üçün erməni qadınların adları və fotoşəkilləri ilə çoxsaylı saxta hesablar açılaraq onlar vasitəsilə xarici kəşfiyyatçıların erməni zabitləri ilə tanışlığı yaradılıb.
Asan qazanc əldə etməyə çalışan erməni zabitlərinə qoşunların yerləşməsi, şəxsi heyətin sayı, texnika, döyüş sursatının həcmi, hərbi hissələrin komandanlıq strukturu, müdafiənin yerləşməsi haqqında məlumatlar ötürmək təklif edilib.
Casus şəbəkəsinin yaradıcıları qeyd olunan məlumatlara sahib olan insanları şirnikləndirə biliblər. Sonuncular mobil proqramlar vasitəsilə özlərində olan, həmçinin xarici xüsusi xidmət orqanlarının tələbi ilə əldə etdikləri məlumatları "kuratorlarına" göndəriblər.
Bildirilir ki, genişmiqyaslı əməliyyat tədbirləri çərçivəsində Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən kəşfiyyatının xeyrinə gizli fəaliyyətlə məşğul olan Ermənistan vətəndaşlarının şəxsiyyətini müəyyən etməyə, habelə onlara ötürülən məlumatların həcmini və xarakterini dəqiqləşdirməyə, habelə onların qarşısının alınmasına nail olublar.
İstintaq zamanı 30-dan çox axtarış aparılıb, cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən çoxsaylı sənədlər, əşyalar müəyyən edilərək götürülüb, həmçinin xarici valyutada pulun köçürülməsini təsdiq edən qəbzlər aşkar edilib. Ümumilikdə 19 hərbçi saxlanılıb, onlardan bəziləri artıq cinayəti etiraf ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.