Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ermənistan Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

© AR Ministry of DefenceAzərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli
Azərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
BAKI, 10 fevral - Sputnik. Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Qeyd edək ki, üç gün əvvəl, fevralın 6-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri bir neçə saat ərzində heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.
Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan olmayıb
Mövqələrimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib:
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0