Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi və strukturu təsdiq edilib

© Joe Raedle / Getty Images / AFPSənəddə imza, arxiv şəkli
Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Azərbaycanın istehlak bazarında strateji əhəmiyyətli malların siyahısı hazırlanacaq
BAKI, 10 fevral — Sputnik. Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, fərmana əsasən, Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib.
Nazirlər Kabineti Agentliyin nizamnamə fondunun formalaşdırılması üçün bu ilin dövlət büdcəsindən quruma 2 milyon 516 min 300 manat vəsaitin Agentliyə ayrılmasını təmin etməli, "Dövlət ehtiyatları haqqında" qanunun layihəsini hazırlayıb 4 ay müddətində dövlət başçısına təqdim etməlidir.
Həmçinin 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməli, dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini dövlət başçısına təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Ehtiyatları Agentliyinin strukturu müəyyən edilib
Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu təsdiqlənib.
Sənədə əsasən, Agentliyin strukturu belə olacaq:
1. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatı;
2. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin idarə, filial və nümayəndəlikləri.
Agentliyin Nizamnaməsi təsdiq edilib
Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsinə əsasən, Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti tərkibi 3 üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 müavinindən ibarətdir.
İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri, İdarə Heyəti sədrinin müavini olmadıqda isə sədrin müəyyən etdiyi digər vəzifəli şəxs həyata keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0