CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN: "İtkin düşən şəxs daşla özünə xəsarətlər yetirib" - FOTO

© AFP 2024 / GENT SHKULLAKUİnsan silueti
İnsan silueti - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Daxili İşlər Nazirliyi Bakıda itkin düşmüş 16 yaşlı gəncin döyülmüş vəziyyətdə tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
BAKI, 10 fevral — Sputnik. Paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a deyib.
"Araşdırmalarla məlum olub ki, məktəbli, atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə, "pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı", - deyə valideynlərini, eləcə də polisi inandırmaq üçün belə yalan iddialar irəli sürüb. O, özü əllərinə, üzünə daşla xəsarətlər yetirib. Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam, hərtərəfli olaraq yoxlanılıb, mobil telefon oğlanın gizlətdiyi yerdə aşkarlanıb", - DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, bundan öncə DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakt nəzarətə götürülüb.
"Hadisədən məlumatlıyıq. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb-xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaq", - məlumatda qeyd edilib.
Xatırladaq ki, mətbuatda 16 yaşlı gəncin itkin düşdüyü, daha sonra döyülmüş vəziyyətdə tapılması ilə bağlı məlumatlar yayılıb.
Xəbər lenti
0