Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Deputatdan tətillə bağlı təklif

© Sputnik / Ilya Naymushin / Mediabanka keçidTələbələr
Tələbələr - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
Deputat, etdiyi təklif gerçəkləşərsə, yaxın 10-15 gündə omikron ştammına yoluxma intensivliyinin azalacağını deyir.
BAKI, 10 fevral - Sputnik. Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ali məktəblərdə qış tətilinin müddətinin uzadılmasını təklif edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, deputat bildirib ki, koronavirusun "Omikron" ştammının epidemiyası ölkəmizdə bir aydan artıqdır ki, davam edir və yoluxma pik həddinə çatmaqdadır:
“Omikron ştammı yüngül klinik əlamətlərlə, az ağırlaşma ilə müşahidə olunsa da, yüksək yoluxuculuq xassəsi ilə fərqlənir, remissiya dövrü qısadır, az vaxtda çoxlu sayda insanların yoluxmasına səbəb olduğundan iş və tədris rejiminin pozulmasına səbəb olur.
Buna görə də omikron infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə lokal qapanmaları ayrı- ayrı orta məktəblərdə, siniflərdə və uşaq bağçalarında görürük.
Ali məktəblərdə qış tətili fevralın 15-də bitir. Yeni təhsil sessiyasının başlanması omikron ştammı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi yox deyildir. Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir.
Hər yoluxan şəxsin və onunla yaxın təmasda olanların azı 1 həftəlik izolyasiyası əyani təhsil prosesinin bir çox universitet və kolleclərdə pozulmasına səbəb olacaq, üstəlik infeksiya auditoriyalardan evlərə daşınacaq”.
Komitə sədri qeyd edib ki, bunun dərman, müalicə xərclərini, bərpa dövründə tələbənin təhsilalma keyfiyyətinin də aşağı düşəcəyi ehtimalları nəzərə alanda qarşılaşacağımız çətinliyin miqyasının daha da böyüyə biləcəyini söyləmək mümkündür: ”Təklif edirəm ki, təhsil müəssisələrində qış tətiinin müddəti 7-10 gün uzadılsın, yaxud yaz sesiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin. Lazımi lokal qapanma, vaksinasiya və qorunma tədbirlərini həyata keçirməklə yaxın 10-15 gündə omikron ştammına yoluxma intensivliyinin enişini müşahidə edə biləcəyik”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0