https://sputnik.az/20220210/azerbaycan-bu-meselede-hec-bir-ferq-qoymur---ceyhun-bayramov-439010604.html
Azərbaycan bu məsələdə heç bir fərq qoymur - Ceyhun Bayramov
Azərbaycan bu məsələdə heç bir fərq qoymur - Ceyhun Bayramov
Sputnik Azərbaycan
Xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən konfransda açıqlamalar verib. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında. 10.02.2022, Sputnik Azərbaycan
2022-02-10T11:41+0400
2022-02-10T11:41+0400
2022-02-10T11:47+0400
konfrans
siyasət
ceyhun bayramov
ermənistan xin
açıqlama
itkin düşənlər
unesco
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0a/439010576_0:95:1000:658_1920x0_80_0_0_17adf7b4add1e9dc9c9960cd6465a20e.jpg
BAKI, 10 fevral — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin itkinlərlə bağlı məntiqsiz izahatlarının heç bir əsası ola bilməz. Əminik ki, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də bunu qəbul etməyəcək.Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablayarkən deyib.Bayramov bu gün Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ADA-nın prorektoru Fariz İsmayılzadə və digər rəsmi şəxslərlə birlikdə "Milli Qoşulmama Hərəkatının Modeli Simulyasiyası" konfransında iştirak edir.Sputnik Azərbaycan xəbər verir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Azərbaycan Milli Bölməsinin təşkilatçılığı ilə ADA Universitetində keçirilən tədbirdə iştirakçılar Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirləri rolunu oynayaraq real dünya problemlərini öz ölkələrinin siyasi perspektivləri ilə həll etməyə çalışacaqlar.Azərbaycanın Qoşulmama Hərəkatına fəal sədrliyi yüksək qiymətləndirilirXarici işlər naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini təşkilatın təməl prinsipləri olan tarixi Bandunq prinsipləri üzərində qurub. Azərbaycanın bu təşkilatda fəal rolu və sədrliyi həm üzv dövlətlər, həm də beynəlxalq təşkilatlarda tərəfindən yüksək qiymətləndirilir.Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə multilateralizmi təşviq etmək baxımından gözəl platforma olduğunu qeyd edən nazir bu tədbirin təşkilinə görə ADA Universitetinin rəhbərliyinə, həmçinin konfransda iştirak etdikləri üçün Hərəkata üzv dövlətlərinin Bakıdakı səfirlərinə təşəkkürünü bildirib.Ceyhun Bayramov qeyd edib ki, bu tədbir gənclərin gələcəyin liderləri kimi beynəlxalq münasibətlərin qurulması barədə məlumat almaları baxımından gözəl təcrübə olacaq."Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində irəli sürülən təşəbbüslərə xüsusi diqqət yetirir. Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər təşkilatın prinsiplərinə uyğun olaraq qəbul edilib və təqdirəlayiqdir", - deyə nazir əlavə edib.Azərbaycan azad etdiyi ərazilərdə kütləvi məzarlıqlar tapıb"Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıq tapılıb". Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.C.Bayramov deyib ki, söhbət burada minlərlə insanın qalıqlarından getmir: "Ancaq ən azı bəlli sayda insan qalıqları tapılıb. Azərbaycan əsir və girovlarla bağlı Ermənistana nümunə göstərdi"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Xarici İşlər Nazirliyi bu illər ərzində əsir və girovlarla bağlı davamlı fəaliyyət göstərib, Azərbaycan bütün mümkün beynəlxalq platformalarda bu məsələni qaldırır", - Ceyhun Bayramov bildirib.Ceyhun Bayramov deyib ki, Ermənistanın hansı beynəlxalq humanitar hüquq normalarını pozduğu göstərilməklə, BMT və onun müxtəlif agentlikləri, ümumiyyətlə, bütün beynəlxalq təsisatlarda bu məsələlər qaldırılır:"4 fevral tarixində Prezident İlham Əliyev, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə videokonfrans formatında dördtərəfli görüşdə bu məsələlər müzakirə olunub. Müzakirələr əsasən humanitar mövzularla bağlı idi. Azərbaycan Prezidenti bu platformadan da istifadə edərək Birinci Qarabağ müharibəsindən indiyə qədər 3890 nəfər şəxs barədə heç bir məlumatın olmaması, Ermənistanın bu istiqamətdə demək olar əməkdaşlıq etməməsi, beynəlxalq hüquq normalarını, insanlıq dəyərlərini tamamilə tapdalaması, bu barədə məlumatları gizlətməsi məsələsini qaldırıb. Vacib məqam odur ki, Fransa və Avropa İttifaqı Şurası prezidentlərinin iştirakı ilə keçirilən dördtərəfli formatda Ermənistan Baş naziri bu istiqamətdə əməkdaşlıq etməyi vəd edib. Bu, ümumilikdə müsbət inkişaf kimi qeyd edilə bilər. Amma təəccüblüdür ki, bir neçə gün sonra Ermənistan XİN çox təzadlı, suallar doğuran və heç bir məntiqə, insanlığa sığmayan, beynəlxalq hüquqa uyğun olmayan bir formatda açıqlama yayıb. Ermənistan XİN bu istiqamətdə hansısa öhdəliklərin götürülməsini inkar edib. Buna hansısa izahat vermək çətindir. Çünki bu, bir öhdəlikdir"."Mən moldovalı həmkarımla görüşdə dedim ki, Azərbaycan bu istiqamətdə Ermənistana bir nümunə göstərir. Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatandan sonra həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm Rusiya, həm Ermənistan hərbçiləri ilə bu istiqamətdə əlaqələr yaratdı, birgə fəaliyyət apardı. Bu fəaliyyət nəticəsində 1709 erməni hərbçisinin cəsədi tapılaraq qarşı tərəfə təhvil verildi. Hərbi əməliyyatlar 2020-ci ilin noyabr ayında bitib, sonrakı qış aylarında, ağır şəraitdə, dağlarda, minalanmış ərazilərdə bu fəaliyyət həyata keçirilib. Azərbaycan hərbçiləri də bu işlərdə iştirak edib. Ancaq 30 il keçəndən sonra Ermənistan tərəfindən bu istiqamətdə hansısa tədbirlər görülmür və buna bir don geyindirilir", - deyə nazir əlavə edib.Ceyhun Bayramov UNESCO missiyasının regiona səfəri məsələsinə münasibət bildiribCeyhun Bayramov vurğulayıb ki, indiyə qədər UNESCO-nun missiya göndərməməsinin səbəbi erməni tərəfidir. "Bu gün biz UNESCO-nun işğaldan azad olunmuş yerlərə missiya göndərməsini gündəmə gətiririk. Amma bizim burada xatırlamalı vacib olan məqamlar var. Hansısa məsələlərin müzakirəsi barədə Azərbaycan cəmiyyətinə məlumatlar verilir. Ancaq Azərbaycan cəmiyyəti tam əmin olmalıdır ki, bütün uyğun beynəlxalq platformalarda Azərbaycan dövləti bütün lazımi addımları atır. Lakin Ermənistan tərəfi bütün beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozaraq, müvafiq olaraq tarixi-mədəni abidələrin qorunmasına dair öhdəlikləri pozaraq, o cümlədən UNESCO-ya bu müddət ərzində ərazilərə daxil olmaq imkanı verməyib. Bu sənədlərdə əks olunur. Bu yalnız Azərbaycanın səsləndirdiyi və qeyd etdiyi məqamlar deyil", - nazir vurğulayıb.Nazir: “İstər xristian, istərsə də islam abidələrinə baxış keçirilməsini tam dəstəkləyirik”“UNESCO-nun hələ 2005-ci ildə hesabatında Azərbaycan tərəfindən təşkilatın işğal altında olan ərazilərə missiyasının göndərilməsi üçün müraciət edildiyi və bu missiyanın həyata keçirilməsinin mümkünsüz olması barədə fikirlər yer alıb. UNESCO 2005-ci ildə bunu həmin ərazilərin işğal altında olması və Ermənistanın buna icazə verməməsi ilə əlaqələndirmişdi", - Ceyhun Bayramov deyib.Nazir bildirib ki, Azərbaycan UNESCO-ya 2005-ci ildən öncə müraciət edib: “44 günlük Vətən müharibəsindən sonra isə UNESCO tərəfinə müraciət olunarkən Azərbaycan dövləti beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısı kimi ilk gündən təşkilatla bu istiqamətdə əməkdaşlıq etməyə razılıq verib. Biz böyük təşkilati hazırlıq işləri həyata keçirmişdik. Orada həm də marşrutlar müəyyən edilib ki, ümumilikdə istiqamətlər üzrə geniş məlumat verilib. UNESCO-nun cavabı isə bundan ibarət olub ki, baxılası yerlərin sayı həddindən artıq çoxdur. Azərbaycan dövləti burada abidələrə heç bir fərq qoymur. İstər xristian dini abidələri, istər islam dininə aid olan abidələrə baxış keçirilməsini biz tam dəstəkləyirik. Bütün bu təşkilatı məsələlər UNESCO ilə razılaşdırılıb. Ötən ilin iyun ayından etibarən Azərbaycan o missiyanı dəvət edib və gözləyir. Missiyanın hazırda baş tutmaması ilə bağlı Azərbaycan tərəfinin heç bir rolu yoxdur. Hazırda həmin missiyanın baş tutmasını əngəlləyən erməni tərəfidir. Bunu da xüsusilə qeyd etmək istərdim”.O diqqətə çatdırıb ki, Azərbaycandakı QHT-lər də UNESCO-ya müraciət edib, təşkilata Ermənistan ərazisində Azərbaycanın çox saylı tarixi abidələri ilə bağlı çağırış edilib.“Eyni zamanda, beynəlxalq təşkilatın hər hansı ölkənin ərazisində missiya həyata keçirməsi üçün həmin ölkə buna razılıq verməlidir. Ermənistanın tərəfinin bununla bağlı növbəti addımları və davranışının nədən ibarət olacağını yaxın zamanlarda görəcəyik”, - XİN başçısı vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0a/439010576_0:0:972:729_1920x0_80_0_0_b382d01b5acb2524ee23920b5a05e7a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan bu məsələdə heç bir fərq qoymur - ceyhun bayramov
azərbaycan bu məsələdə heç bir fərq qoymur - ceyhun bayramov
Azərbaycan bu məsələdə heç bir fərq qoymur - Ceyhun Bayramov
11:41 10.02.2022 (Yenilənib: 11:47 10.02.2022) Xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən konfransda açıqlamalar verib. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında.
BAKI, 10 fevral — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin itkinlərlə bağlı məntiqsiz izahatlarının heç bir əsası ola bilməz. Əminik ki, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də bunu qəbul etməyəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablayarkən deyib.
Bayramov bu gün Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ADA-nın prorektoru Fariz İsmayılzadə və digər rəsmi şəxslərlə birlikdə "Milli Qoşulmama Hərəkatının Modeli Simulyasiyası" konfransında iştirak edir.
Sputnik Azərbaycan xəbər verir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Azərbaycan Milli Bölməsinin təşkilatçılığı ilə ADA Universitetində keçirilən tədbirdə iştirakçılar Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirləri rolunu oynayaraq real dünya problemlərini öz ölkələrinin siyasi perspektivləri ilə həll etməyə çalışacaqlar.
Azərbaycanın Qoşulmama Hərəkatına fəal sədrliyi yüksək qiymətləndirilir
Xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini təşkilatın təməl prinsipləri olan tarixi Bandunq prinsipləri üzərində qurub. Azərbaycanın bu təşkilatda fəal rolu və sədrliyi həm üzv dövlətlər, həm də beynəlxalq təşkilatlarda tərəfindən yüksək qiymətləndirilir.
Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə multilateralizmi təşviq etmək baxımından gözəl platforma olduğunu qeyd edən nazir bu tədbirin təşkilinə görə ADA Universitetinin rəhbərliyinə, həmçinin konfransda iştirak etdikləri üçün Hərəkata üzv dövlətlərinin Bakıdakı səfirlərinə təşəkkürünü bildirib.
Ceyhun Bayramov qeyd edib ki, bu tədbir gənclərin gələcəyin liderləri kimi beynəlxalq münasibətlərin qurulması barədə məlumat almaları baxımından gözəl təcrübə olacaq.
"Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində irəli sürülən təşəbbüslərə xüsusi diqqət yetirir. Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər təşkilatın prinsiplərinə uyğun olaraq qəbul edilib və təqdirəlayiqdir", - deyə nazir əlavə edib.
Azərbaycan azad etdiyi ərazilərdə kütləvi məzarlıqlar tapıb
"Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıq tapılıb". Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
C.Bayramov deyib ki, söhbət burada minlərlə insanın qalıqlarından getmir: "Ancaq ən azı bəlli sayda insan qalıqları tapılıb.
Azərbaycan qısa müddət ərzində bunları işğaldan azad edilmiş ərazilərdə müəyyən edib tapa bilirdisə, deməli, həmin işləri törətmiş erməni tərəfi bu barədə çox məlumatlı, bələddir. Ona görə də Ermənistan Xarici İşlər Nazirliyinin itkinlərlə bağlı məntiqsiz izahatlarının heç bir əsası ola bilməz. Əminik ki, beynəlxalq ictimaiyyət və dünya dövlətləri də bunu qəbul etməyəcək. Azərbaycan tərəfi də bu istiqamətdə fəaliyyətini davam etdirəcək".
Azərbaycan əsir və girovlarla bağlı Ermənistana nümunə göstərdi
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Xarici İşlər Nazirliyi bu illər ərzində əsir və girovlarla bağlı davamlı fəaliyyət göstərib, Azərbaycan bütün mümkün beynəlxalq platformalarda bu məsələni qaldırır", - Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, Ermənistanın hansı beynəlxalq humanitar hüquq normalarını pozduğu göstərilməklə, BMT və onun müxtəlif agentlikləri, ümumiyyətlə, bütün beynəlxalq təsisatlarda bu məsələlər qaldırılır:
"4 fevral tarixində Prezident İlham Əliyev, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə videokonfrans formatında dördtərəfli görüşdə bu məsələlər müzakirə olunub. Müzakirələr əsasən humanitar mövzularla bağlı idi. Azərbaycan Prezidenti bu platformadan da istifadə edərək Birinci Qarabağ müharibəsindən indiyə qədər 3890 nəfər şəxs barədə heç bir məlumatın olmaması, Ermənistanın bu istiqamətdə demək olar əməkdaşlıq etməməsi, beynəlxalq hüquq normalarını, insanlıq dəyərlərini tamamilə tapdalaması, bu barədə məlumatları gizlətməsi məsələsini qaldırıb.
Vacib məqam odur ki, Fransa və Avropa İttifaqı Şurası prezidentlərinin iştirakı ilə keçirilən dördtərəfli formatda Ermənistan Baş naziri bu istiqamətdə əməkdaşlıq etməyi vəd edib. Bu, ümumilikdə müsbət inkişaf kimi qeyd edilə bilər. Amma təəccüblüdür ki, bir neçə gün sonra Ermənistan XİN çox təzadlı, suallar doğuran və heç bir məntiqə, insanlığa sığmayan, beynəlxalq hüquqa uyğun olmayan bir formatda açıqlama yayıb. Ermənistan XİN bu istiqamətdə hansısa öhdəliklərin götürülməsini inkar edib. Buna hansısa izahat vermək çətindir. Çünki bu, bir öhdəlikdir".
"Mən moldovalı həmkarımla görüşdə dedim ki, Azərbaycan bu istiqamətdə Ermənistana bir nümunə göstərir. Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatandan sonra həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm Rusiya, həm Ermənistan hərbçiləri ilə bu istiqamətdə əlaqələr yaratdı, birgə fəaliyyət apardı.
Bu fəaliyyət nəticəsində 1709 erməni hərbçisinin cəsədi tapılaraq qarşı tərəfə təhvil verildi. Hərbi əməliyyatlar 2020-ci ilin noyabr ayında bitib, sonrakı qış aylarında, ağır şəraitdə, dağlarda, minalanmış ərazilərdə bu fəaliyyət həyata keçirilib. Azərbaycan hərbçiləri də bu işlərdə iştirak edib. Ancaq 30 il keçəndən sonra Ermənistan tərəfindən bu istiqamətdə hansısa tədbirlər görülmür və buna bir don geyindirilir", - deyə nazir əlavə edib.
Ceyhun Bayramov UNESCO missiyasının regiona səfəri məsələsinə münasibət bildirib
Ceyhun Bayramov vurğulayıb ki, indiyə qədər UNESCO-nun missiya göndərməməsinin səbəbi erməni tərəfidir.
"Bu gün biz UNESCO-nun işğaldan azad olunmuş yerlərə missiya göndərməsini gündəmə gətiririk. Amma bizim burada xatırlamalı vacib olan məqamlar var. Hansısa məsələlərin müzakirəsi barədə Azərbaycan cəmiyyətinə məlumatlar verilir. Ancaq Azərbaycan cəmiyyəti tam əmin olmalıdır ki, bütün uyğun beynəlxalq platformalarda Azərbaycan dövləti bütün lazımi addımları atır.
Lakin Ermənistan tərəfi bütün beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozaraq, müvafiq olaraq tarixi-mədəni abidələrin qorunmasına dair öhdəlikləri pozaraq, o cümlədən UNESCO-ya bu müddət ərzində ərazilərə daxil olmaq imkanı verməyib. Bu sənədlərdə əks olunur. Bu yalnız Azərbaycanın səsləndirdiyi və qeyd etdiyi məqamlar deyil", - nazir vurğulayıb.
Nazir: “İstər xristian, istərsə də islam abidələrinə baxış keçirilməsini tam dəstəkləyirik”
“UNESCO-nun hələ 2005-ci ildə hesabatında Azərbaycan tərəfindən təşkilatın işğal altında olan ərazilərə missiyasının göndərilməsi üçün müraciət edildiyi və bu missiyanın həyata keçirilməsinin mümkünsüz olması barədə fikirlər yer alıb. UNESCO 2005-ci ildə bunu həmin ərazilərin işğal altında olması və Ermənistanın buna icazə verməməsi ilə əlaqələndirmişdi", - Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Azərbaycan UNESCO-ya 2005-ci ildən öncə müraciət edib: “44 günlük Vətən müharibəsindən sonra isə UNESCO tərəfinə müraciət olunarkən Azərbaycan dövləti beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısı kimi ilk gündən təşkilatla bu istiqamətdə əməkdaşlıq etməyə razılıq verib.
Biz böyük təşkilati hazırlıq işləri həyata keçirmişdik. Orada həm də marşrutlar müəyyən edilib ki, ümumilikdə istiqamətlər üzrə geniş məlumat verilib. UNESCO-nun cavabı isə bundan ibarət olub ki, baxılası yerlərin sayı həddindən artıq çoxdur. Azərbaycan dövləti burada abidələrə heç bir fərq qoymur. İstər xristian dini abidələri, istər islam dininə aid olan abidələrə baxış keçirilməsini biz tam dəstəkləyirik.
Bütün bu təşkilatı məsələlər UNESCO ilə razılaşdırılıb. Ötən ilin iyun ayından etibarən Azərbaycan o missiyanı dəvət edib və gözləyir. Missiyanın hazırda baş tutmaması ilə bağlı Azərbaycan tərəfinin heç bir rolu yoxdur. Hazırda həmin missiyanın baş tutmasını əngəlləyən erməni tərəfidir. Bunu da xüsusilə qeyd etmək istərdim”.
O diqqətə çatdırıb ki, Azərbaycandakı QHT-lər də UNESCO-ya müraciət edib, təşkilata Ermənistan ərazisində Azərbaycanın çox saylı tarixi abidələri ilə bağlı çağırış edilib.
“Eyni zamanda, beynəlxalq təşkilatın hər hansı ölkənin ərazisində missiya həyata keçirməsi üçün həmin ölkə buna razılıq verməlidir. Ermənistanın tərəfinin bununla bağlı növbəti addımları və davranışının nədən ibarət olacağını yaxın zamanlarda görəcəyik”, - XİN başçısı vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.