https://sputnik.az/20220209/tovuzda-qetle-yetirilen-10-yasli-nermin-quliyevanin-emisi-oglu-yeniden-dindirildi-438981049.html
Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın əmisi oğlu yenidən dindirildi
Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın əmisi oğlu yenidən dindirildi
Sputnik Azərbaycan
Elan olunub ki, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandıran A.Quliyevin verdiyi ifadə yenə də istintaq zamanı verdiyi ifadələrlə... 09.02.2022, Sputnik Azərbaycan
2022-02-09T15:01+0400
2022-02-09T15:01+0400
2022-02-09T15:02+0400
məhkəmə
cəmiyyət
tovuz
ağır cinayətlər məhkəməsi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843453_0:136:3157:1912_1920x0_80_0_0_3c35365656b542cba35cd5e82e175f95.jpg
BAKI, 9 fevral — Sputnik. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclasında şahid dindirilib.Sputnik Azərbaycan xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində N.Quliyevanın əmisi oğlu Ayxan Quliyev növbəti dəfə ifadə verib.Elan olunub ki, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandıran A.Quliyevin verdiyi ifadə yenə də istintaq zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edir.O ifadəsində bildirib ki, N.Quliyeva onlara gələrək atasının gödəkçəsini aparmaq istəyib: "Mən ona gödəkcənin yerini dedim, sonra Nərmin gödəkçəni götürməyə getdi. Ona dedim ki, gözlə, gödəkçəni qoymaq üçün çanta gətirim. Qayıdanda Nərmin qapını açıb getmişdi. Daha sonra ondan xəbərim olmadı".Növbəti məhkəmə prosesi fevralın 11-nə təyin olunub.Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. (Report)Həmçinin oxuyun:Baş Prokurorluq on yaşlı Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara cavab verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843453_213:0:2944:2048_1920x0_80_0_0_4091788149363c130d9255e61441158c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
məhkəmə, tovuz, ağır cinayətlər məhkəməsi
məhkəmə, tovuz, ağır cinayətlər məhkəməsi
Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın əmisi oğlu yenidən dindirildi
15:01 09.02.2022 (Yenilənib: 15:02 09.02.2022) Elan olunub ki, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandıran A.Quliyevin verdiyi ifadə yenə də istintaq zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edir.
BAKI, 9 fevral — Sputnik. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclasında şahid dindirilib.
Sputnik Azərbaycan xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində N.Quliyevanın əmisi oğlu Ayxan Quliyev növbəti dəfə ifadə verib.
Elan olunub ki, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandıran A.Quliyevin verdiyi ifadə yenə də istintaq zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edir.
O ifadəsində bildirib ki, N.Quliyeva onlara gələrək atasının gödəkçəsini aparmaq istəyib: "Mən ona gödəkcənin yerini dedim, sonra Nərmin gödəkçəni götürməyə getdi. Ona dedim ki, gözlə, gödəkçəni qoymaq üçün çanta gətirim. Qayıdanda Nərmin qapını açıb getmişdi. Daha sonra ondan xəbərim olmadı".
Növbəti məhkəmə prosesi fevralın 11-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. (Report)