Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sumqayıt sakinindən avtomat silahı götürülüb

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidAvtomat və güllələlər, arxiv şəkli
Avtomat və güllələlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Əvvəllər məhkum olunmuş M.Əliyevdən "AK-74" markalı avtomat silahı, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.
BAKI, 9 fevral — Sputnik. Sumqayıt sakinində silah-sursat aşkarlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyevdən "AK-74" markalı avtomat silahı, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.
Xatırladaq ki, bir müddət öncə də Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr satmaq istəyən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Yüksək təsiredici maddə aşkarlanıb
DİN-dən verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən İlqar Əliyev və tanışı Xeyrulla Nəsrullayev Qaradağ rayonunda saxlanılıblar. Onların üzərindən 5 büküm ümümi çəkisi 10 kiloqram 149 qram yüksək təsiredici narkotik maddə heroin aşkar olunub. Bu şəxslər narkotiki satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.
Pulemyot satarkən Beyləqanda tutulublar
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakinləri İlqar Cəfərzadə və Sərxan Heydərov saxlanılıblar. Onlar birgə 1 ədəd "PKM" modelli "Kalaşnikov" konstruksiyalı pulemyot silahı satarkən Beyləqan rayonu ərazisində tutularaq Baş İdarəyə gətiriliblər.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Xəbər lenti
0