Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Türkiyəyə bu tarixdə səfər edə bilər

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidVladimir Putin və Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə etmək məqsədilə rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə dəvət edib.
BAKI, 9 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin fevralın 14-də baş tutacağı gözlənilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"-yə diplomatik mənbə məlumat verib
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixinin olmadığını, lakin gələcəkdə belə bir səfərin olacağını bildirmişdi.
"Tarix yaxın günlərdə açıqlanacaq, ola bilsin ki, fevralın 14-ü olacaq", - deyə mənbə bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə etmək məqsədilə rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə dəvət edib.
R.T.Ərdoğan eyni dəvəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə də çatdırıb. Zelenski dəvəti qəbul edib. Türkiyə lideri rusiyalı və ukraynalı həmkarlarının görüşünü təşkil etmək istəyir.
Hələlik V.Putinin Türkiyəyə səfər tarixi ilə yanaşı, Ankarada keçirəcəyi görüşlərin formatı da məlum deyil.
Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 08.02.2022
RUSİYA
Peskov: Moskva və Ankara arasında razılaşma var
Xəbər lenti
0