https://sputnik.az/20220208/peskov-moskva-ve-ankara-arasinda-razilasma-var-438946166.html
Peskov: Moskva və Ankara arasında razılaşma var
Peskov: Moskva və Ankara arasında razılaşma var
Sputnik Azərbaycan
Peskov onu da bildirib ki, yaxın zamanlarda Rusiya və Fransa prezidentləri arasında telefon danışığı ola bilər. 08.02.2022, Sputnik Azərbaycan
2022-02-08T17:27+0400
2022-02-08T17:27+0400
2022-02-08T17:27+0400
rusiya
dmitri peskov
rusiya
türkiyə
rəcəb tayyip ərdoğan
vladimir putin
görüş
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823525_0:0:3081:1734_1920x0_80_0_0_cfcc4fe985bd650607ba9688b6492d2b.jpg
BAKI, 8 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı Moskva və Ankara arasında razılaşma var, lakin konkret tarixlər hələ təsdiqlənməyib.Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib."Gələcəkdə belə bir səfər nəzərdə tutulub. Onlar səfərin prezidentlərin qrafiki və epidemioloji şərait imkan verdiyi vaxt baş tutması barədə razılığa gəliblər. Hələlik dəqiq tarixlər yoxdur, lakin diplomatik kanallar vasitəsilə razılaşdırılacaq", - sözçü bildirib.Peskov onu da bildirib ki, yaxın zamanlarda Rusiya və Fransa prezidentləri arasında telefon danışığı ola bilər.Onun sözlərinə görə, prezidentlər yeni təmas üçün vaxt müəyyənləşdirəcəklər və zəruri bildikdə bu danışıq baş tutacaq.Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə etmək məqsədilə rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə dəvət edib.R.T.Ərdoğan eyni dəvəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə də çatdırıb. Zelenski dəvəti qəbul edib. Türkiyə lideri rusiyalı və ukraynalı həmkarlarının görüşünü təşkil etmək istəyir.Hələlik V.Putinin Türkiyəyə səfər tarixi ilə yanaşı, Ankarada keçirəcəyi görüşlərin formatı da məlum deyil.Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823525_202:0:2933:2048_1920x0_80_0_0_bdd8c9ccb91e30ae75364b1738c8be70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov: rusiya və türkiyə arasında razılaşma var
peskov: rusiya və türkiyə arasında razılaşma var
Peskov: Moskva və Ankara arasında razılaşma var
Peskov onu da bildirib ki, yaxın zamanlarda Rusiya və Fransa prezidentləri arasında telefon danışığı ola bilər.
BAKI, 8 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı Moskva və Ankara arasında razılaşma var, lakin konkret tarixlər hələ təsdiqlənməyib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
"Gələcəkdə belə bir səfər nəzərdə tutulub. Onlar səfərin prezidentlərin qrafiki və epidemioloji şərait imkan verdiyi vaxt baş tutması barədə razılığa gəliblər. Hələlik dəqiq tarixlər yoxdur, lakin diplomatik kanallar vasitəsilə razılaşdırılacaq", - sözçü bildirib.
Peskov onu da bildirib ki, yaxın zamanlarda Rusiya və Fransa prezidentləri arasında telefon danışığı ola bilər.
Onun sözlərinə görə, prezidentlər yeni təmas üçün vaxt müəyyənləşdirəcəklər və zəruri bildikdə bu danışıq baş tutacaq.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti müzakirə etmək məqsədilə rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə dəvət edib.
R.T.Ərdoğan eyni dəvəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə də çatdırıb. Zelenski dəvəti qəbul edib. Türkiyə lideri rusiyalı və ukraynalı həmkarlarının görüşünü təşkil etmək istəyir.
Hələlik V.Putinin Türkiyəyə səfər tarixi ilə yanaşı, Ankarada keçirəcəyi görüşlərin formatı da məlum deyil.
Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.