Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda bir ailə dəm qazından zəhərləndi: dördü uşaqdır

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidKörpə xəstəxanada
Körpə xəstəxanada - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Zəhərlənənlərdən birinin cəmi bir yaşı var.
BAKI, 9 fevral - Sputnik. Bakıda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Gülüstan qəsəbəsində 1961-ci il təvəllüdlü Müslümov Savalan Bəşir oğlu, 1969-cu il təvəllüdlü Müslümova Zülfiyyə Rəsul qızı, 1999-cu il təvəllüdlü Məmmədova Ülviyyə Savalan qızı, 1993-cü il təvəllüdlü Müslümzadə Aişən Savalan qızı, 2014-cü il təvəllüdlü Hüseynzadə Nigar Emin qızı, 2016-cı il təvəllüdlü Hüseynzadə Zəhra Emin qızı, 2006-cı il təvəllüdlü Hüseynzadə Bəşir Savalan oğlu və 1 yaşlı Məmmədli Nihad Anar oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Xəbər lenti
0