SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakıda Azərbaycan və Moldova XİN rəhbərlərinin görüşü başlayıb

© Photo : Twitter / MFA AzerbaijanCeyhun Bayramov və Niku Popesku görüş zamanı
Ceyhun Bayramov və  Niku Popesku görüş zamanı - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Ceyhun Bayramov Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu XİN-in binası önündə qarşılayıb.
BAKI, 9 fevral — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və moldovalı həmkarı Niku Popesku arasında görüş başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Ceyhun Bayramov Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu XİN-in binası önündə qarşılayıb.
Xatırladaq ki, fevralın 3-də Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VIII iclası çərçivəsində Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinunu qəbul etmişdi.
Moldovanın Baş nazirinin müavini Andrei Spinu ölkəsinin təbii qazla təminatı ilə bağlı mövcud vəziyyət barədə məlumat verərək Azərbaycanla bu istiqamətdə əməkdaşlığın perspektivlərini diqqətə çatdırmışdı.
Nazir Pərviz Şahbazov isə yeni mənbədən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qazın tədarükündə Məşvərət Şurasının töhfələrini qeyd edərək, Moldovanın ilk dəfə olaraq budəfəki iclasda iştirakını alqışlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0