DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada irimiqyaslı müharibə riski ən yüksək həddə çatıb - Rau

© AFP 2023 / POOL /JENS SCHLUETERATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau
ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau  - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Rau qeyd edib ki, Avropada təhlükəsizlik məsələsini yenidən Rusiya ilə müzakirə etməyi ağlabatan sayır və buna optimizmlə yanaşır.
BAKI, 9 fevral — Sputnik. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, Polşa Xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Avropada irimiqyaslı müharibə riski son 30 ildə ən yüksək həddə çatıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti yazır.
"Əgər söhbət Avropa təhlükəsizliyi və qlobal təhlükəsizlikdən gedirsə, biz kritik məqamdayıq. Hazırda Avropada ciddi müharibə riski son otuz il ərzində ən yüksək həddədir", - Rau deyib.
O vurğulayıb ki, Ukrayna ətrafında münaqişənin eskalasiyasından nəinki insanlar əzab çəkəcəklər, eləcə də bu, ciddi siyasi, iqtisadi və hərbi nəticələrə səbəb olacaq.
Rau qeyd edib ki, Avropada təhlükəsizlik məsələsini yenidən Rusiya ilə müzakirə etməyi ağlabatan sayır və buna optimizmlə yanaşır.
Fransa Prezidenti Emmanuel Makron da Rusiya Prezidenti Vladimir Putinlə keçiridiyi görüşdən sonrakı mətbuat konfransında Moskva ilə dialoqun qurulmasının Avropada sülhün təmin olunması üçün zəruri şərt olduğunu deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ukraynadakı vəziyyəti müzakirə etmək məqsədilə rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə dəvət edib.
R.T.Ərdoğan eyni dəvəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə də çatdırıb.
Qeyd edək ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyini və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0