Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Səlcuq Bayraqdar Azərbaycanda yeni müəssisə qurmağı planlaşdırır

© Photo : Facebook / Selçuk BayraktarSəlcuq Bayraqdar
Səlcuq Bayraqdar - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
S.Bayraqdar bu işdə Azərbaycanda iki dövlət qurumu ilə əməkdaşlıq etdiklərini də açıqlayıb.
BAKI, 8 fevral — Sputnik. "Azərbaycanda "Bayraktar TB2" dronlarının və pilotsuz uçuş aparatlarının istismarından, onlara texniki xidmətdən başqa, bu qurğuların istehsalı üçün lazım olacaq yüksək texnologiyanı inkişaf etdirmək, süni intellektin tətbiqini genişləndirmək məqsədilə müəssisə qurmağı hədəfləyirik".
Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.
S.Bayraqdar bu işdə Azərbaycanda iki dövlət qurumu ilə əməkdaşlıq etdiklərini də açıqlayıb: "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə "ASAN Xidmət"in birgə qurduğu texnoparkda fəaliyyət göstərmək hədəfimiz var. İnşallah, ən tez bir zamanda o da həyata keçəcək. Bununla yanaşı, texnologiya ilə bağlı təşəbbüslərə mentorluq və dəstək verəcək qurumlar da yaratmağı hədəf kimi qoymuşuq. Türkiyə Texnologiya Fondu olaraq "ASAN Xidmət"lə birlikdə Azərbaycanın ilk DNT Mərkəzini də açacağıq. Onun yaxınlığında isə Elm Mərkəzini də birlikdə açmağı hədəfləyirik".
Qeyd edək ki, texnologiya, elm, rəqabət festivalı olan "Texnofest-2022" mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək.
“Texnofest-Azərbaycan” çərçivəsində keçiriləcək yarışlara qeydiyyatlar artıq başlayıb. Hər bir qeydiyyat üçün son tarix fərqli olsa da, müsabiqələr haqqında ətraflı məlumatı “www.teknofest.az” saytından əldə etmək olar.
Yarışlar beynəlxalq iştirakçılara da açıq olacaq. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0