Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya-Azərbaycan sərhədindəki sıxlıq nə zaman aradan qalxacaq?

© Photo : Facebook / Osman GunduzKeçid məntəqəsi
Keçid məntəqəsi  - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Şimal-Cənub dəhlizilə daşınan yüklərin əksər hissəsi "Samur"-"Yaraq-Qazmalar"dan keçdiyindən bu məntəqələrdə son illər sıxlıq yaranıb.
BAKI, 8 fevral — Sputnik. Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postu üzrə tikinti-quraşdırma işlərinin tamamlanması 2022-ci ildə nəzərdə tutulur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 aprel 2020-ci il tarixli sərəncamı ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun ərazisində yeni gömrük postunun tikintisinə başlanılıb və aparılan tikinti işləri sürətləndirilib:
"Bu il gömrük-sərhəd buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəzərdə tutulub ki, bu da öz növbəsində "Samur" gömrük-sərhəd buraxılış məntəqəsinin yüklülüyünü daha da azaldaraq, Rusiya istiqamətində əlavə yük nəqliyyat vasitələrinin hərəkətinə şərait yaratmaqla yanaşı, yük nəqliyyat vasitələrinin keçidində yaranan sıxlığı və növbələri aradan qaldıracaq".
DGK sədri vurğulayıb ki, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daşınan yüklərin əksər hissəsinin "Samur"-"Yaraq-Qazmalar" gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsi bu məntəqələrdə son illər ərzində sıxlığın və növbələrin yaranmasına səbəb olub.
Onun sözlərinə görə, bununla əlaqədar, iki ölkə sərhədində günün 09:00-18:00 saat intervalında fəaliyyət göstərən "Şirvanlı" (Azərbaycan Respublikası) - "Novo Filya" (Rusiya Federasiyası) gömrük postlarından gün ərzində 50-yə yaxın boş yük nəqliyyat vasitəsinin keçidinin təmin edilməsi ilə bağlı Azərbaycan tərəfdə tələb olunan zəruri işlər həyata keçirilib: "Rusiya tərəfi ilə razılaşdırılmaqla 8 oktyabr 2021-ci il tarixdən boş yük nəqliyyat vasitələrinin idxal istiqamətində, noyabrın 2-dən isə hər iki istiqamətdə buraxılışına başlanılıb".
Komitə sədri bildirib ki, əlavə olaraq "Şirvanlı" gömrük-sərhəd buraxılış məntəqəsi vasitəsilə gün ərzində hər iki istiqamət üzrə 50-dən daha artıq boş yük nəqliyyat vasitəsinin buraxılışını təmin etmək üçün bütün imkanlar mövcud olduğundan, "Şirvanlı" - "Novo Filya" gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətini 24 saatlıq iş rejimində təşkil etməklə, gündəlik olaraq hər iki istiqamət üzrə buraxılışı təmin edilən boş yük nəqliyyat vasitələrinin sayının 150-yə qədər artırılması məsələsinin Rusiya tərəfi ilə razılaşdırılması üçün işlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0