DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qlobal şirkətlər iqlimlə bağlı vədi yerinə yetirə bilməyib

© AFP 2024 / RODGER BOSCHQurumuş ağaclar, arxiv şəkli
Qurumuş ağaclar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Tədqiqatçılar şirkətlərin fəaliyyətini qiymətləndirmək üçün illik açıqlanan emissiyalar, emissiya mənbələrinin bölgüsü kimi vasitələrdən istifadə ediblər.
BAKI, 8 fevral — Sputnik. İqlim Məsuliyyəti Monitoru korporasiyası tərəfindən yayımlanan hesabatda bildirilib ki, dünyanın 25 ən böyük korporasiyasının üzərinə götürdüyü ekoloji öhdəliklər, elan edilmiş "sıfır emissiya" və "karbon neytral" məqsədlərinə nail olmayıb. Sputnik Azərbaycan xarici KİV-ə istinadla xəbər verir ki, hesabatda şirkətlərin iqlimlə bağlı vədləri daha ətraflı qiymətləndirmə tələb edir, çünki əksər korporasiyalar uğurlarını şişirtməyə və ya yanlış məlumat verməyə meyilli olublar.
"Google", "Amazon", "Ikea", "Apple" və "Nestle" öz məqsədlərinə çata bilməyənlər arasında yer alıblar. Bununla belə "Maersk", "Vodafone" və "Deutsche Telekom" elan etdikləri iqlim strategiyalarından sonra karbon emissiyasırının 90%-ni aradan qaldıra biliblər.
Tədqiqatçılar şirkətlərin fəaliyyətini qiymətləndirmək üçün illik açıqlanan emissiyalar, emissiya mənbələrinin bölgüsü kimi vasitələrdən istifadə ediblər.
Yeni İqlim İnstitutunun "Carbon Market Watch" ilə bigə apardığı araşdırmaya görə, yalnız bir şirkətin planı məqbul, üç şirkətin fəaliyyəti isə "orta" kimi qiymətləndirilib. "Amazon", "Google" və "Ikea" da daxil olmaqla 10 korporasiya "aşağı" reytinqə malik olub, digər 12 korporasiya, o cümlədən "Nestle" və "Unilever"in də çox aşağı fəaliyyəti müəyyən edilib . Heç bir şirkətə "yüksək dürüstlük" reytinqi verilməyib. Bu da hələ də fəaliyyətin təkmilləşdirilməsinə ehtiyac olduğunu ortaya çıxarıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0