Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Süni İntellekt Strategiyamız hazırlanacaq

© AFP 2023 / ISAAC LAWRENCERobot, arxiv şəkli
Robot, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Əşyaların interneti (IoT), böyük verilənlər (Big Data), onların təhlili və emalı məsələlərinə dair təqdimatlar keçirilib
BAKI, 8 fevral — Sputnik. Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanacaq.
Sputnik Azərbaycan xəbər verir ki, İqtisadiyyat Nazirliyindən APA-ya verilən məlumata görə, bu istiqamətdə görülən işlər Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyaları üzrə İşçi Qrupun 1-ci iclası zamanı müzakirə predmeti olub.
Tədbirdə həmçinin əşyaların interneti (IoT), böyük verilənlər (Big Data), onların təhlili və emalı məsələlərinə dair təqdimatlar keçirilib.
Qeyd edək ki, 4Sİ texnologiyaları üzrə İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.
İşçi Qrupuna 22 dövlət qurumunun nümayəndələri daxildir və fəaliyyətinin əlaqələndirilməsi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə həvalə olunub.
Xatırladaq ki, texnologiya, elm, rəqabət festivalı "Texnofest-2022" mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək.

Yarışlara qeydiyyat başlayıb

"Texnofest-Azərbaycan" çərçivəsində keçiriləcək yarışlara qeydiyyat artıq başlayıb. Hər bir qeydiyyat üçün son tarix fərqli olsa da, müsabiqələr haqqında ətraflı məlumatı "www.teknofest.az" saytından əldə etmək olar.
Yarışlar beynəlxalq iştirakçılara da açıq olacaq. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılacaqlar.
Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, Pilotsuz Uçan Aparatlardan model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər də öz layihələrini təqdim edəcəklər. Festivalda müxtəlif kateqoriyalar üzrə çoxlu saytda müsabiqələr keçiriləcək. Belə ki, Avropa Kuboku Roket Liqası Oyunu ilə yerli startapları xarici investorlarla bir araya gətirəcək "Take Off Azərbaycan Startap Zirvəsi" də bu il keçiriləcək tədbirlər sırasında yer alır.
Azərbaycanda keçiriləcək festivalın texnologiya yenilikləri, elm, müxtəlif yarışmalar, dostluq və qardaşlıq münasibətləri ilə yadda qalması gözlənilir.

"Texnofest-2022"

Qeyd edək ki, festival ilk dəfə 2018-ci ildə ilk dəfə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi ilə hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır.
Öz növbəsində "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar da bir neçə gün əvvəl tviterdəki hesabında Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı paylaşım edib. Səlcuq Bayraktar paylaşımında "Kodlarını milli texnologiya həmləsi ilə yeniləyənlərin festivalı" sözlərini yazaraq Türkiyə və Azərbaycan bayraqlarının şəkillərini paylaşıb. "Texnofest"in yenilənməsi prosesi başa çatıb. "Biz 2022-ci ilə hazırıq", - festivalın tvitterdəki səhifəsində qeyd edilib.
"Texnofest-2021" ötən il Türkiyənin İstanbul şəhərində keçirilib. Tədbir Atatürk Hava Limanında keçirilən sayca dördüncü festival idi. Bu, eyni zamanda dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olub. "Texnofest" dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0