https://sputnik.az/20220208/hebsde-olan-sabiq-icra-bascisindan-xeber-var-438930269.html
Həbsdə olan sabiq icra başçısından xəbər var
Həbsdə olan sabiq icra başçısından xəbər var
Sputnik Azərbaycan
Vəkil bildirib ki, keçmiş icra başçısının hazırda səhhəti yaxşı deyil və müalicəsini müalicə müəssisəsində davam etdirir. 08.02.2022, Sputnik Azərbaycan
2022-02-08T10:37+0400
2022-02-08T10:37+0400
2022-02-08T10:53+0400
cəmiyyət
icra başçısı
müalicə
müəssisə
yevlax
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42265/83/422658347_0:52:1000:615_1920x0_80_0_0_68b83264cca1436b9cc385fa2c7b976b.png
BAKI, 8 fevral — Sputnik. Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinə köçürülüb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"a onun vəkili Elnur Vəliyev məlumat verib. O bildirib ki, keçmiş icra başçısının hazırda səhhəti yaxşı deyil və müalicəsini müalicə müəssisəsində davam etdirir.Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.Daha sonra Qoca Səmədov kassasiya şikayəti verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Sabiq icra başçısı haqqında çıxarılan məhkəmə hökmündən narazı qalıb
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42265/83/422658347_56:0:945:667_1920x0_80_0_0_fb5fc8212f6e1973d6239fde9c3e23b0.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həbsdə olan sabiq icra başçısından xəbər var
həbsdə olan sabiq icra başçısından xəbər var
Həbsdə olan sabiq icra başçısından xəbər var
10:37 08.02.2022 (Yenilənib: 10:53 08.02.2022) Vəkil bildirib ki, keçmiş icra başçısının hazırda səhhəti yaxşı deyil və müalicəsini müalicə müəssisəsində davam etdirir.
BAKI, 8 fevral — Sputnik. Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinə köçürülüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"a onun vəkili Elnur Vəliyev məlumat verib. O bildirib ki, keçmiş icra başçısının hazırda səhhəti yaxşı deyil və müalicəsini müalicə müəssisəsində davam etdirir.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.
Daha sonra Qoca Səmədov kassasiya şikayəti verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.