CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dondurmaların istehlaka yararsız olduğu aşkarlandı - Agentlik hərəkətə keçdi

© Sputnik / Maks Vetrov / Mediabanka keçidDondurma, arxiv şəkli
Dondurma, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
İstifadə müddəti bitən 26 adda, 16,046.15 kq müxtəlif növ dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib
BAKI, 8 fevral — Sputnik. İstehlaka yararsız müxtəlif növ dondurma məhsulları məhv edilib. Bu barədə Sputnik Azərbaycan-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitən 26 adda, 16,046.15 kq müxtəlif növ dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Qeyd edək ki, bir müddət öncə “AZ FP CO LTD”nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, 11 adda, 19691.46 kq müxtəlif növ dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanda heyvanlar da pasportlaşdırılır
Çörəyin qiyməti qalxdı, bəs keyfiyyəti? - VİDEO
Xəbər lenti
0