https://sputnik.az/20220208/bu-meyvelerden-ekenleri-guzestli-sigorta-gozleyir-438914361.html
Bu meyvələrdən əkənləri güzəştli sığorta gözləyir
Bu meyvələrdən əkənləri güzəştli sığorta gözləyir
Sputnik Azərbaycan
Azərbaycanda iqtisadi baxımdan ən sərfəli meyvələrdən olan şaftalı isə ölkənin bütün bölgələrində 7,1 min hektarda əkilir. Şaftalı bağları ən çox Xaçmaz... 08.02.2022, Sputnik Azərbaycan
2022-02-08T06:35+0400
2022-02-08T06:35+0400
2022-02-08T06:35+0400
ərik
iqtisadiyyat
kənd təsərrüfatı
bitkiçilik
kənd təsərrüfatı məhsulları
meyvə
https://cdnn1.img.sputnik.az/img/42028/99/420289914_0:191:1921:1271_1920x0_80_0_0_29b131c7ac37022f69c2d140c0ea5508.jpg
BAKI, 8 fevral — Sputnik. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində ərik və şaftalı (nektarin) bağlarının güzəştli sığortası başlayıb. Nazirlər Kabinetinin 2021-ci il 21 dekabr tarixli müvafiq qərarı ilə ərik və şaftalı (nektarin) də sığortalanan məhsullar sırasına daxil edilib.Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, nəticədə Azərbaycanda bu meyvələri becərən fermer və iş adamları bağlarını ən müxtəlif risklərdən sığortalaya bilərlər.Ərik bitkisi Azərbaycanda 4 min hektar sahədə becərilir. Ərik bağları ən çox Goranboy, Samux, Şəmkir, Bərdə, Tərtər, Xaçmaz, Şəki, Ordubad və Şərurdadır. Ərik daxili bazarda satılmaqla yanaşı, xaricə də ixrac edilir – 2021-ci ildə Azərbaycandan 2,2 milyon dollarlıq ərik ixrac olunub.Ərik bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda ərik bağının baza zərfi üzrə sığorta tarifləri 2,19 faiz - 4,48 faiz arasındadır.Azərbaycanda iqtisadi baxımdan ən sərfəli meyvələrdən olan şaftalı isə ölkənin bütün bölgələrində 7,1 min hektarda əkilir. Şaftalı bağları ən çox Xaçmaz, Şəmkir, Goranboy, Göygöl, Quba, Qusar, Şabran və Balakəndədir.Şaftalı (nektarin) – ölkəyə ən çox valyuta gətirən meyvələrdəndir. 2021-ci ildə şaftalı ixracı Azərbaycana 30 milyon dollardan artıq gəlir gətirib.Şaftalı bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda şaftalı bağının baza zərfi üzrə sığortası üçün tariflər 2,55 faiz-5,34 faiz arasındadır.5000 manatlıq məhsul gözlənilən ərik bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 110-224 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 55-112 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 4500 manat təşkil edir.6000 manatlıq məhsul şaftalı bağının baza zərfi üzrə sığortalanması isə ölkənin regionlarından asılı olaraq 153-320 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 77-160 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 5400 manat təşkil edir.Aqrar sığorta ərik və şaftalı (nektarin) bağlarını dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, ildırım, yanğın, zəlzələ, torpaq sürüşməsi və sair risklərdən qoruyur.Əlavə ödəniş etməklə ərik bağını şaxtavurmadan (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisindən və bitki xəstəliklərindən sığorta etmək olar.Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində ətraflı tanış olmaq mümkündür.Əlavə məlumatları Aqrar Sığorta Fondunun sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42028/99/420289914_73:0:1768:1271_1920x0_80_0_0_623e0f10c8190021b4d6f2eb4efc4d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərik, kənd təsərrüfatı, bitkiçilik, kənd təsərrüfatı məhsulları, meyvə
ərik, kənd təsərrüfatı, bitkiçilik, kənd təsərrüfatı məhsulları, meyvə
Bu meyvələrdən əkənləri güzəştli sığorta gözləyir
Azərbaycanda iqtisadi baxımdan ən sərfəli meyvələrdən olan şaftalı isə ölkənin bütün bölgələrində 7,1 min hektarda əkilir. Şaftalı bağları ən çox Xaçmaz, Şəmkir, Goranboy, Göygöl, Quba, Qusar, Şabran və Balakəndədir
BAKI, 8 fevral — Sputnik. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində ərik və şaftalı (nektarin) bağlarının güzəştli sığortası başlayıb. Nazirlər Kabinetinin 2021-ci il 21 dekabr tarixli müvafiq qərarı ilə ərik və şaftalı (nektarin) də sığortalanan məhsullar sırasına daxil edilib.
Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, nəticədə Azərbaycanda bu meyvələri becərən fermer və iş adamları bağlarını ən müxtəlif risklərdən sığortalaya bilərlər.
Ərik bitkisi Azərbaycanda 4 min hektar sahədə becərilir. Ərik bağları ən çox Goranboy, Samux, Şəmkir, Bərdə, Tərtər, Xaçmaz, Şəki, Ordubad və Şərurdadır. Ərik daxili bazarda satılmaqla yanaşı, xaricə də ixrac edilir – 2021-ci ildə Azərbaycandan 2,2 milyon dollarlıq ərik ixrac olunub.
Ərik bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda ərik bağının baza zərfi üzrə sığorta tarifləri 2,19 faiz - 4,48 faiz arasındadır.
Azərbaycanda iqtisadi baxımdan ən sərfəli meyvələrdən olan şaftalı isə ölkənin bütün bölgələrində 7,1 min hektarda əkilir. Şaftalı bağları ən çox Xaçmaz, Şəmkir, Goranboy, Göygöl, Quba, Qusar, Şabran və Balakəndədir.
Şaftalı (nektarin) – ölkəyə ən çox valyuta gətirən meyvələrdəndir. 2021-ci ildə şaftalı ixracı Azərbaycana 30 milyon dollardan artıq gəlir gətirib.
Şaftalı bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir. Müxtəlif regionlarda şaftalı bağının baza zərfi üzrə sığortası üçün tariflər 2,55 faiz-5,34 faiz arasındadır.
5000 manatlıq məhsul gözlənilən ərik bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 110-224 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 55-112 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 4500 manat təşkil edir.
6000 manatlıq məhsul şaftalı bağının baza zərfi üzrə sığortalanması isə ölkənin regionlarından asılı olaraq 153-320 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 77-160 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 5400 manat təşkil edir.
Aqrar sığorta ərik və şaftalı (nektarin) bağlarını dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, ildırım, yanğın, zəlzələ, torpaq sürüşməsi və sair risklərdən qoruyur.
Əlavə ödəniş etməklə ərik bağını şaxtavurmadan (donvurma), dolu yağması nəticəsində keyfiyyət itkisindən və bitki xəstəliklərindən sığorta etmək olar.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları Aqrar Sığorta Fondunun sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.