https://sputnik.az/20220208/blinken-ile-cavusoglu-neleri-muzakire-edibler-438965569.html
Blinken ilə Çavuşoğlu nələri müzakirə ediblər?
Blinken ilə Çavuşoğlu nələri müzakirə ediblər?
Blinken vəziyyətin diplomatik səviyyədə yoluna qoyulmasında Türkiyə prezidentinin səylərini xüsusi vurğulayıb. 08.02.2022, Sputnik Azərbaycan
2022-02-08T23:31+0400
2022-02-08T23:31+0400
2022-02-08T23:31+0400
dünya xəbərləri
entoni blinken
mövlud çavuşoğlu
telefon danışığı
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/07e5/05/15/427011977_0:0:3087:1736_1920x0_80_0_0_8fcb270b4d605601ccc4503a01b08ae4.jpg
BAKI, 8 fevral - Sputnik. ABŞ Dövlət katibi Entoni Blinken ilə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkənin Ukrayna ətrafındakı gərginliklə bağlı koordinasiyasını, eləcə də türk-erməni münasibətlərinin normallaşmasını müzakirə ediblər. Bu barədə ABŞ-ın xarici siyasət idarəsi məlumat yayıb. "Dövlət katibi Blinken və Xarici işlər naziri Çavuşoğlu sonrakı koordinasiya yollarını və Rusiyanın Ukraynaya yeni təhdidlərinə qarşı NATO-nun birliyini müzakirə ediblər", - məlumatda deyilir.Blinken vəziyyətin diplomatik səviyyədə yoluna qoyulmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərini xüsusi vurğulayıb. "Hər iki rəhbər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, eləcə də ABŞ-ın bu səyləri dəstəkləmək üçün əlavə hansı addımlar ata biləcəyi barədə fikir mübadiləsi aparıb. Onlar həmçinin Amerika-Türkiyə arasında olan möhkəm əlaqələrin dəstəklənməsi imkanlarını da nəzərdən keçiriblər", - məlumatda bildirilir. Bu yaxınlarda Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/15/427011977_69:0:2800:2048_1920x0_80_0_0_11fc5bed86aa452fa74080cae1f28940.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
entoni blinken, mövlud çavuşoğlu, telefon danışığı
Blinken ilə Çavuşoğlu nələri müzakirə ediblər?
Blinken vəziyyətin diplomatik səviyyədə yoluna qoyulmasında Türkiyə prezidentinin səylərini xüsusi vurğulayıb.
BAKI, 8 fevral - Sputnik. ABŞ Dövlət katibi Entoni Blinken ilə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkənin Ukrayna ətrafındakı gərginliklə bağlı koordinasiyasını, eləcə də türk-erməni münasibətlərinin normallaşmasını müzakirə ediblər.
Bu barədə ABŞ-ın xarici siyasət idarəsi məlumat yayıb.
"Dövlət katibi Blinken və Xarici işlər naziri Çavuşoğlu sonrakı koordinasiya yollarını və Rusiyanın Ukraynaya yeni təhdidlərinə qarşı NATO-nun birliyini müzakirə ediblər", - məlumatda deyilir.
Blinken vəziyyətin diplomatik səviyyədə yoluna qoyulmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səylərini xüsusi vurğulayıb.
"Hər iki rəhbər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, eləcə də ABŞ-ın bu səyləri dəstəkləmək üçün əlavə hansı addımlar ata biləcəyi barədə fikir mübadiləsi aparıb. Onlar həmçinin Amerika-Türkiyə arasında olan möhkəm əlaqələrin dəstəklənməsi imkanlarını da nəzərdən keçiriblər", - məlumatda bildirilir.
Bu yaxınlarda Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.