Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı məşhur aktrisanın anım günüdür

© Photo : Simsar.azAzərbaycan Respublikasının xalq artisti Zərnigar Ağakişiyeva
Azərbaycan Respublikasının xalq artisti Zərnigar Ağakişiyeva - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Sənətkar 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat edib. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.
BAKI, 8 fevral — Sputnik. Bu gün Azərbaycanın tanınmış aktrisası, Azərbaycan Respublikasının Xalq artisti (2000), Şöhrət ordeni mükafatçısı, Azərbaycan SSR dövlət mükafatı laureatı Zərnigar Fəti qızı Ağakişiyevanın ölüm günüdür.
Sputnik Azərbaycan xəbər verir ki, Z.Atakişiyeva 6 noyabr 1945-ci ildə Qubada dünyaya göz açıb.
Qısaca da olsa, onun həyat-fəaliyyətinə nəzər salaq:
Z.Atakişiyeva 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub, lakin övladları olmayıb.
O, 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat edib. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.
© Photo : Facebook / Али НоврузалиевZərnigar Ağakişiyeva
Zərnigar Ağakişiyeva - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Zərnigar Ağakişiyeva
Fəaliyyəti:
Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.
O Tatyana (M.Qorki "Meşşanlar"), Xuraman (S.Vurğun "Vaqif"), Şəfəq (S.Dağlı "Kölgələr pıçıldaşır"), Zeynəb (B.Vahabzadə "Kimdir haqlı?"), Zivər (Anar "Təhminə və Zaur"), Kəmalə (İ.Əfəndiyev "Qəribə oğlan"), Fəxrəndə xanım (İ.Əfəndiyev "Mahnı dağlarda qaldı"), Bernardo (Federiko Qarsiya Lorka "Dişi canavar"), Pəri xanım (M.F.Axundov "Lənkəran xanının vəziri"), Qadın ( Elçin "Poçt şöbəsində xəyal"), Yasəmən (S.S.Axundov"Eşq və intiqam"), Ana (B.Vahabzadə "Dar ağacı") kimi bir sıra məşhur obrazları canlandırıb.
Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb oldu. 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Qorxduğu kimi yaşayıb, qorxduğu kimi ölən aktrisa: Onu addım-addım izləyən nə idi?
Xəbər lenti
0