https://sputnik.az/20220208/azerbaycanin-mohtesem-kinolari-rusiyada--vdeo-438945288.html
Azərbaycanın möhtəşəm kinoları Rusiyada -VİDEO
Azərbaycanın möhtəşəm kinoları Rusiyada -VİDEO
Sputnik Azərbaycan
Məqsəd Azərbaycan kinematoqrafiyasının inciləri və müasir nümunələri ilə yerli auditoriyanı tanış etməkdir. 08.02.2022, Sputnik Azərbaycan
2022-02-08T21:11+0400
2022-02-08T21:11+0400
2022-02-08T21:11+0400
film
mədəniyyət
azərbaycan
moskva
kino
nümayiş
video görüntü
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438938824_0:0:1440:810_1920x0_80_0_0_4b7b91e2c4b135016548be019b388220.jpg
BAKI, 8 fevral — Sputnik. Rusiya paytaxtında Azərbaycan kinosu günlərinin açılışı olub. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, "Azərbaycan kinosu. Retroperspektiv" adı altında reallaşan mədəniyyət tədbiri Moskvanın "İlluzion" kinoteatrında keçirilib.Belə ki, fevralın 15-nə kimi moskvalılar üçün "Şərikli çörək", "İstintaq", "Bir cənub şəhərində" də daxil olmaqla 19 Azərbaycan filmi nümayiş olunacaq. Məqsəd Azərbaycan kinematoqrafiyasının inciləri və müasir nümunələri ilə yerli auditoriyanı tanış etməkdir."İllüzion" kinoteatrının art-direktoru Aleksandra Lavrova bildirib ki, Azərbaycan kinosunun retroperspektivi proqramı Azərbaycanın Mədəniyyət Nazirliyi ilə birgə hazırlanıb: "Bu, müasir Rusiya tarixində Azərbaycan kinematoqrafiyasının miqyaslı retroperspektividir. Mən çox şadam ki, bu hadisə baş verdi.Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya departamentinin rəhbəri Rüfət Həsənov 19 Azərbaycan filminin Moskvada nümayiş olunmasını önəmli mədəniyyət hadisəsi adlandırıb: "Hər gün Moskva kinosevərləri, həm də bizim həmkarlarımız bu filmlərə baxıb Azərbaycan kinematoqrafiyası ilə tanış ola bilərlər".Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət attaşesi Nigar AxundovaMoskvada Azərbaycan kinosu günlərinin açılışının ikitərəfli mədəni münasibətlərdə böyük hadisə olduğunu söyləyib: "Bu retroperspektiv proqramında həm yaşlı nəslin, həm orta, həm də gənc nəslin əsərləri nümayiş olunur. Bu bizim üçün çox vacibdir. Çünki mərhələli şəkildə kinematoqrafiyamızın inkişafını göstərmək niyyətindəyik".Azərbaycan kinosu retroperspektivinin açılışına rejissor Fariz Əhmədovun premyerası 2021-ci ildə Rotterdam kinofestivalında baş tutan "Sonuncu" adlı filmi ilə start verilib."Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov bu filmin Kürdili adasında yaşayan bir azərbaycanlının həyatından, onun gündəlik həyat tərzindən bəhs etdiyini söyləyib: "Bu şəxs Kürdili adasının sonuncu sakini olaraq bizim sənədli filmin qəhrəmanı kimi kinolentinə köçürülüb. Təəssüf ki, biz filmin çəkilişləri dövründə qəhrəmanımızı itirdik. Bu rejissor kimi mənim üçün şok hadisə oldu."Xəzər dənizində tərk edilmiş Kürdili adasının yeganə və sonuncu sakini Vitali Proninin həyatının son günlərini əks etdirən miniatür formatda insan həyatı haqqında dastan olan film tamaşaçıların böyük marağına səbəb olub.Qeyd edək ki, 19 filmdən ibarət "Azərbaycan kinosu. Retroperspektiv" proqramına 1935-ci ildən bu günə qədər olan dövrü əhatə edən komediya və triller, nağıl və detektiv hekayələr, kinoromanlar, sevgi hekayələri, sosial dramlar və sürreal təmsillər daxildir. Sovet dövrünün son səssiz filmlərindən biri olan "Dəcəl dəstə"dən tutmuş Berlin Beynəlxalq Film Festivalını fəth edən "Yarasa"ya, müharibədən sonrakı və mülayimləşmə dövrü filmlərindən beynəlxalq festivalları fəth edən müasir müəllif filmlərinə qədər müxtəlif dövrlərə aid proqram Azərbaycan kinematoqrafiyasının geniş janr və üslublarını nümayiş etdirir. Filmlərin yarıdan çoxu Dövlət Film Fondunun arxivindən olan 35 mm-lik plyonkadan, Azərbaycan Dövlət Film Fondu tərəfindən təqdim olunan rəqəmsal nüsxələrdən nümayiş etdiriləcək.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438938824_0:0:1440:1080_1920x0_80_0_0_f1956212306c483e211437c68e032bc0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva publikası üçün azərbaycan kinosu nümayiş olunacaq - video
moskva publikası üçün azərbaycan kinosu nümayiş olunacaq - video
Azərbaycanın möhtəşəm kinoları Rusiyada -VİDEO
Məqsəd Azərbaycan kinematoqrafiyasının inciləri və müasir nümunələri ilə yerli auditoriyanı tanış etməkdir.
BAKI, 8 fevral — Sputnik. Rusiya paytaxtında Azərbaycan kinosu günlərinin açılışı olub. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, "Azərbaycan kinosu. Retroperspektiv" adı altında reallaşan mədəniyyət tədbiri Moskvanın "İlluzion" kinoteatrında keçirilib.
Belə ki, fevralın 15-nə kimi moskvalılar üçün "Şərikli çörək", "İstintaq", "Bir cənub şəhərində" də daxil olmaqla 19 Azərbaycan filmi nümayiş olunacaq. Məqsəd Azərbaycan kinematoqrafiyasının inciləri və müasir nümunələri ilə yerli auditoriyanı tanış etməkdir.
"İllüzion" kinoteatrının art-direktoru Aleksandra Lavrova bildirib ki, Azərbaycan kinosunun retroperspektivi proqramı Azərbaycanın Mədəniyyət Nazirliyi ilə birgə hazırlanıb: "Bu, müasir Rusiya tarixində Azərbaycan kinematoqrafiyasının miqyaslı retroperspektividir. Mən çox şadam ki, bu hadisə baş verdi.
Biz bunu ötən ilin iyun ayında planlaşdırmışdıq. Əvvəl avqustda, daha sonra oktyabr, noyabrda keçirmək istəyirdik. Lakin pandemiya səbəbindən bir neçə dəfə təxirə salmalı olduq. Nəhayət bu an gəlib çatdı. Mən ümid edirəm ki, bununla bizim əməkdaşlığımız bitməyəcək".
Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya departamentinin rəhbəri Rüfət Həsənov 19 Azərbaycan filminin Moskvada nümayiş olunmasını önəmli mədəniyyət hadisəsi adlandırıb: "Hər gün Moskva kinosevərləri, həm də bizim həmkarlarımız bu filmlərə baxıb Azərbaycan kinematoqrafiyası ilə tanış ola bilərlər".
Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət attaşesi Nigar AxundovaMoskvada Azərbaycan kinosu günlərinin açılışının ikitərəfli mədəni münasibətlərdə böyük hadisə olduğunu söyləyib: "Bu retroperspektiv proqramında həm yaşlı nəslin, həm orta, həm də gənc nəslin əsərləri nümayiş olunur. Bu bizim üçün çox vacibdir. Çünki mərhələli şəkildə kinematoqrafiyamızın inkişafını göstərmək niyyətindəyik".
Azərbaycan kinosu retroperspektivinin açılışına rejissor Fariz Əhmədovun premyerası 2021-ci ildə Rotterdam kinofestivalında baş tutan "Sonuncu" adlı filmi ilə start verilib.
"Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov bu filmin Kürdili adasında yaşayan bir azərbaycanlının həyatından, onun gündəlik həyat tərzindən bəhs etdiyini söyləyib: "Bu şəxs Kürdili adasının sonuncu sakini olaraq bizim sənədli filmin qəhrəmanı kimi kinolentinə köçürülüb. Təəssüf ki, biz filmin çəkilişləri dövründə qəhrəmanımızı itirdik. Bu rejissor kimi mənim üçün şok hadisə oldu."
Xəzər dənizində tərk edilmiş Kürdili adasının yeganə və sonuncu sakini Vitali Proninin həyatının son günlərini əks etdirən miniatür formatda insan həyatı haqqında dastan olan film tamaşaçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, 19 filmdən ibarət "Azərbaycan kinosu. Retroperspektiv" proqramına 1935-ci ildən bu günə qədər olan dövrü əhatə edən komediya və triller, nağıl və detektiv hekayələr, kinoromanlar, sevgi hekayələri, sosial dramlar və sürreal təmsillər daxildir. Sovet dövrünün son səssiz filmlərindən biri olan "Dəcəl dəstə"dən tutmuş Berlin Beynəlxalq Film Festivalını fəth edən "Yarasa"ya, müharibədən sonrakı və mülayimləşmə dövrü filmlərindən beynəlxalq festivalları fəth edən müasir müəllif filmlərinə qədər müxtəlif dövrlərə aid proqram Azərbaycan kinematoqrafiyasının geniş janr və üslublarını nümayiş etdirir. Filmlərin yarıdan çoxu Dövlət Film Fondunun arxivindən olan 35 mm-lik plyonkadan, Azərbaycan Dövlət Film Fondu tərəfindən təqdim olunan rəqəmsal nüsxələrdən nümayiş etdiriləcək.