Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Puşkin və Dantesin dueli: qərinələr sonra da təəssüf doğuran qərar

© Sputnik / Сергей Пятаков / Mediabanka keçidAleksandr Serqeyeviç Puşkinin büstü, arxiv şəkli
Aleksandr Serqeyeviç Puşkinin büstü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Yüz səksən beş il bundan əvvəl böyük rus şairi və yazıçısı Aleksandr Puşkinin Fransa vətəndaşı Jorj Danteslə dueli baş tutub, şair iki gün sonra aldığı yaradan vəfat edib.
BAKI, 8 fevral — Sputnik. 1837-ci il fevralın 8-də (köhnə təqvimə görə yanvarın 27-də) Sankt-Peterburq yaxınlığındakı Qara çayda böyük rus şairi və yazıçısı Aleksandr Puşkinlə Fransa vətəndaşı Jorj Dantes arasında duel baş verib.
Fevralın 10-da (köhnə təqvimlə yanvarın 29-da) şair dueldə aldığı yaradan vəfat edib. Duelin səbəbi Puşkinin həyat yoldaşı Natalya Qonçarovanın və onun özünün şərəfini təhqir edən anonim böhtan olub.
Belə ki, 1836-cı il noyabrın 16-da (köhnə təqvimlə noyabrın 4-də) Puşkin üç nüsxə anonim məktub alıb. Həmin məktublarda onu "Buynuzlular ordeni"nə daxil edildiyinə və süvari qvardiyasının leytenantı, rus ordusunda xidmətə qəbul edilmiş və Hollandiya səfiri baron Gekkern tərəfindən övladlığa götürülmüş fransız Baron Jorj Dantesin onun həyat yoldaşına həddən artıq diqqət və maraq göstərməsinə işarə edilib.
Puşkin Dantesi duelə çağırıb, o isə, əvvəlcə çağırışı qəbul edib, lakin sonra baron Gekkern vasitəsilə duelin 15 gün təxirə salınmasını istəyib.
Bu müddət ərzində Puşkin Dantesin onun həyat yoldaşının bacısı Yekaterina Qonçarovaya evlilik təklif etdiyini öyrəndikdən sonra duel çağırışını geri götürüb.
Toy mərasimi 1837-ci il yanvarın 22-də (köhnə təqvimlə yanvarın 10-da) baş tutub.
Puşkin onun həyat yoldaşı Natalya ilə görüşməyə davam edən və ona diqqət göstərən Dantesə və bu məsələdə ona qarşı təkidlə fitnəkarlıq edərək söz gəzdirən Gekkernə qarşı nifrətini çox kəskin şəkildə ifadə edirdi. Səbri tab gətirməyən Puşkin Gekkernə son dərəcə təhqiramiz məktub göndərib və o, buna Dantesin adından çağırışla cavab verib.
Fevralın 8-də (köhnə təqvimlə yanvarın 27-si) axşam saat beşdə Sankt-Peterburqun yaxınlığındakı Qara çayda duel baş tutub. Dantes tərəfindən yardımçı Fransa səfirliyinin katibi vikont Loran d'Arşiak, Puşkin tərəfindən isə onun lisey yoldaşı, polkovnik-leytenant Konstantin Danzas idi.
Şairin təkidi ilə duelin şərtləri "ölənə qədər" idi və rəqiblərin heç birinə sağ qalmaq şansı vermirdi: maneə düşmənləri on addım ayırırdı, maneəyə gedən yolda istənilən məsafədən atəş açmağa icazə verilirdi.
Birinci Dantes atəş açaraq Puşkini qarnının sağ nahiyəsindən ölümcül yaralayıb. Şair yıxılıb, ancaq sonra əlinə dayanaraq Dantesi yenidən duelə çağırıb. Nişan alaraq atəş açan şair düşməninin yerə yıxıldığını gördükdən sonra "Bravo!" deyə qışqırıb. Dantesin yarası təhlükəli deyildi. Belə ki, güllə Dantesin sinəsinə sıxdığı qoluna dəyib.
Yaralı Puşkin öz mənzilinə aparılıb. Şair həyat yoldaşını narahat etməmək üçün hər cür səy göstərir, əziyyət çəkdiyini gizlədirdi. Daha sonra dəvət olunan həkimlər faciənin qaçılmaz olduğunu müəyyən edib və bunu Puşkindən gizlətməyiblər.
İki gün əzab çəkən Aleksandr Puşkin fevralın 10-da (köhnə təqvimlə yanvarın 29-da) Sankt-Peterburqdakı Moyka çayının sahilindəki evində dostlarının əhatəsində vəfat edib.
İki gün şairin cəsədi olan tabut o dövrdə müxtəlif təbəqələrdən olan insanların izdihamla ziyarət etdiyi mənzildə idi. Fevralın 11-dən 12-nə keçən gecə (köhnə təqvimə görə, yanvarın 30-dan 31-nə keçən gecə) tabut kilsəyə təhvil verildi.
1837-ci il fevralın 18-də (köhnə təqvimə görə, fevralın 6-da) cənazə mərasimindən sonra şair dəfn edilib. Dörd ildən sonra Puşkinin həyat yoldaşının sifarişi ilə məzarın üstünə mərmərdən abidə qoyulur.
Puşkinin ölümü bir çoxları tərəfindən milli faciə kimi qəbul edildi, bu, Mixail Lermontov, Fyodor Tyutçev, Aleksey Koltsovun poetik cavablarında öz ifadəsini tapıb.
Aleksandr Puşkinlə ölümcül nəticələnən dueldə iştirak etdiyinə görə Dantes-Gekkern rəsmi olaraq edam cəzasına məhkum edildi, lakin bu cəza sonradan Rusiyadan qovulma ilə əvəz olundu. Fransada məskunlaşdıqdan sonra Jorj Şarl Dantes-Gekkern (1812-1895) gözəl karyera qurub - o, 2 dekabr 1851-ci ildə çevrilişin əsas fiqurlarından biri, III Napoleon və I Nikolay arasında gizli danışıqlarda vasitəçi idi. Sonradan, o, senator, Sulz meri, kommersiya xadimi olaraq Fəxri Legion ordeninin komandiri dərəcəsinə layiq görülüb.
Dantesin həyat yoldaşı Yekaterina 1843-cü ildə Fransada isitmə xəstəliyindən vəfat edib.
Dueldə iştirak etdiyinə görə Konstantin Danzas (1800-1870) iki aylıq həbs cəzasına məhkum edildi. Puşkin vəfat edərkən onun üçün narahat olub və xatirə olaraq ona firuzə qaşlı üzük verib. Daha sonra Danzas Qafqazda Tekinski piyada alayında xidmət edərək 1856-cı ildə general-mayor rütbəsi ilə təqaüdə çıxıb. Danzasın rəvayət etdikləri əsasında Aleksandr Ammosov tərəfindən 1863-cü ildə nəşr olunmuş "A.S.Puşkinin həyat və ölümünün son günləri" adlı broşürü tərtib edib.
Şairin həyat yoldaşı Natalya Nikolayevna (1812-1863) Puşkin üçün ölümcül olan dueldən xəbərsiz idi. Şairin bir çox maraqlı əsərləri məhz həyat yoldaşına həsr olunub. O, Puşkinin ölümündən 7 il sonra, 1846-cı ildə general Pyotr Lanski ilə ailə qurub.
Xəbər lenti
0